Paşinyanın xalqa müraciətində diqqət çəkən məqam: “Ermənistan cəmiyyəti hələ buna hazır deyil”

Paşinyanın xalqa müraciətində diqqət çəkən məqam: “Ermənistan cəmiyyəti hələ buna hazır deyil”
21.08.2025 13:38 Təhlil

“Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra xalqa müraciət etməsi, ümumilikdə, pozitiv və mühüm bir siqnal kimi qiymətləndirilə bilər”.

Politoloq Rizvan Hüseynov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, məsələyə Azərbaycan prizmasından deyil, Ermənistanın daxili siyasi reallıqları baxımından yanaşdıqda, Paşinyanın xalqına bu görüş və əldə olunan razılaşmalarla bağlı müsbət mesajlar verməsi vacib idi:

“Paşinyan cəmiyyətinə izah etməli idi ki, sülhə zəmin yaranıb, razılaşma ehtimalı var və Zəngəzur dəhlizi ilə bağlı məsələlər həll mərhələsinə qədəm qoyub. O, bu prosesin nə qədər mühüm və faydalı olduğunu xalqa sübut etməli idi”.

Analitik diqqətə çatdırıb ki, Paşinyanın çıxışı zamanı referendum məsələsini gündəmə gətirməməsi məqsədəuyğun addım olub. Çünki bu məsələ Ermənistan cəmiyyətində hələ də həssas və qıcıq doğuran mövzu olaraq qalır: 

“Referendum məsələsinin indi ortaya atılması Paşinyan üçün əlavə daxili siyasi risklər yarada bilərdi. Onsuz da bu prosesin baş tutması üçün hələ azı bir il vaxt var. Belə bir həssas mərhələdə bu mövzunun səsləndirilməsi ictimai narazılığı artıra, müxalifəti aktivləşdirə bilərdi. Ona görə də bu addımdan yayınmaq Paşinyan üçün daha rasional qərar idi”.

O hesab edir ki, emosional və cəmiyyətdə parçalanma yarada biləcək mövzular yalnız uyğun siyasi zəmin formalaşdıqdan sonra müzakirəyə çıxarılmalıdır. Ermənistan hökumətinin əsas diqqəti isə bu mərhələdə sülh mesajlarını gücləndirməyə və daxili sabitliyi qorumağa yönəlməlidir: 

“Vaxtından əvvəl atılan addımlar və təşəbbüslər əksinə, daxildə müqaviməti gücləndirə, sabitliyi poza bilər”, - deyə R.Hüseynov fikrini sonlandırıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 18-də xalqa müraciətində Vaşinqtonda keçirilmiş görüşlər və orada əldə olunan razılaşmalar barədə məlumat verib. O, avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsinə və paraflanmış sazişə əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını açıqlayıb.

Paşinyan çıxışında Zəngəzur dəhlizi, regionda kommunikasiyaların açılması və normallaşma prosesi ilə bağlı fikirlər səsləndirsə də, referendum məsələsinə toxunmayıb.

Töhfə Səməd

FOTOLAR

Paşinyanın xalqa müraciətində diqqət çəkən məqam: “Ermənistan cəmiyyəti hələ buna hazır deyil” — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər