"Zuzqvanq" vəziyyəti: Zelenski xalqı ilə ziddiyət yaşayır?

"Zuzqvanq" vəziyyəti: Zelenski xalqı ilə ziddiyət yaşayır?
08.12.2025 20:40 Təhlil

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh təşəbbüsləri ilə bağlı prosesin gedişatından danışaraq bildirib ki, Ukrayna cəmiyyəti Vaşinqtonun təqdim etdiyi sülh müqaviləsini müsbət qarşılayır, lakin Prezident Volodimir Zelenski həmin təklifi hələ tam şəkildə nəzərdən keçirməyib. 

Trampın sözlərinə görə, Moskva artıq bu plana razılıq verdiyini bildirib və hər iki tərəflə paralel danışıqları davam etdirir.

O əlavə edib ki, Zelenskinin təklifi gec oxuması onu müəyyən qədər məyus edib, hərçənd prezidentin yaxın saatlarda sənədlə tanış olduğu barədə məlumat aldığını qeyd edib. ABŞ lideri, həmçinin bildirib ki, Ukrayna xalqı bu təklifə müsbət yanaşsa da, Zelenskinin “Rusiya travması” onun qərar verməsini çətinləşdirir.

Prezident Trampın açıqlamasında diqqət çəkən məqamlardan biri də Rusiyanın artıq daha geniş ərazi iddiasından imtina etməyə hazır olması barədə səsləndirdiyi fikirdir. O, Zelenskinin bu sülh planı ilə razılaşıb-razılaşmayacağına dair hələlik əmin olmadığını vurğulayıb.

Həqiqətən də Zelenski ilə Ukrayna xalqı arasında ziddiyət yaşanır? Müharibənin bitməməsinə tək səbəb Zelenskinin "Rusiya travması"dırmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Kamran Sultanlı bildirib ki, məsələnin səbəbini yalnız travma ilə izah etmək düzgün olmaz:

“Şübhəsiz ki, travmanın müəyyən təsiri var, lakin burada əsas məsələ Ukraynanın Rusiyanın öhdəliklərinə etibar etməməsidir. Anlaşmada Donbasdan çıxmaq kimi Kiyev üçün son dərəcə ağır şərtlər var. Əgər Ukrayna geri çəkilərsə, Rusiya itki vermədən çox mühüm müdafiə xəttini ələ keçirə və gələcəkdə Odessa, eləcə də Dnepr istiqamətində strateji plasdarm qura bilər. Digər tərəfdən, cəmiyyət müharibədən yorulsa, atəşkəsə maraq olsa da, ərazi güzəştlərinə qətiyyən dəstək yoxdur. Bu isə Zelenskinin verə biləcəyi ən çətin qərarlardan biridir”.

O bildirib ki, mövcud ictimai rəy Zelenski komandasının manevr imkanlarını xeyli məhdudlaşdırır:

“Əhali ərazi güzəştlərinə hələ də qəti qarşıdır. Bu isə siyasi rəhbərliyin sağ qalması baxımından şərtlərin qəbulunu çətinləşdirir. Lakin müharibə uzanarsa, Qərb - xüsusilə də Avropa lazımi dəstəyi azaltmağa davam edər və maliyyə problemi dərinləşərsə,  Donbasın itirilməsi yenə də real ehtimaldır. Mənə elə gəlir ki, Zelenski ərazini vermək kimi açıq şəkildə qeyri-populyar addım atmaqdansa, həmin ərazinin döyüş meydanında itirilməsi və məsuliyyətin Qərbin üzərinə yönləndirilməsi variantına daha çox meyllidir”.

K.Sultanlı əlavə edib ki, bu ssenari Rusiyanın yeni irəliləyişlərinə yol aça bilər:

“Belə olan halda Rusiya digər istiqamətlərdə də hərbi təzyiqi artırmağa çalışacaq. Artıq Zaporojye və Dnepropetrovsk bölgələrində Ukraynanın mövqeləri hər keçən gün zəifləyir. Hazırda Zaporojye şəhəri gündəmdə olmasa da, bir neçə ay sonra Putin onu da tələblər siyahısına daxil edə bilər. Rus ordusu şəhərin mərkəzindən cəmi 45 kilometr məsafədədir. Bütün bunları nəzərə alsaq, Zelenskinin qarşısındakı vəziyyəti şahmatda “zuzqvanq” adlanan məqama bənzətmək olar — hansı addımı atsa, nəticə onun üçün əlverişsiz ola bilər”.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Bütün Xəbərlər