"Hörümçək toru" əməliyyatının arxasında kim durur? – ŞOK AÇIQLAMA

"Hörümçək toru" əməliyyatının arxasında kim durur? – ŞOK AÇIQLAMA
04.06.2025 18:40 Təhlil

“Ukraynanın "Hörümçək toru" əməliyyatını ölkə lideri Volodimir Zelenski təkbaşına planlamayıb. Onun arxasında daha böyük qüvvələr durur”.

Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, "Hörümçək toru" əməliyyatına adi bir hərbi taktika kimi yox, daha dərin geosiyasi və strateji maraqlar fonunda baxmaq lazımdır.

"Əməliyyatın yüksək peşəkarlıqla icra olunması göstərir ki, Rusiya xüsusi xidmət orqanları bu proseslərdə ya passivdir, ya da proseslərə gec reaksiya verir. Halbuki, ortada faktiki olaraq Rusiya ilə NATO arasında açıq olmayan, amma geniş miqyaslı müharibə gedir. Eyni zamanda, Zelenski əməliyyata görə məsuliyyəti öz üzərinə götürsə də, bu, onun səlahiyyət və imkanlarını aşan bir hərbi-siyasi gedişdir. Əməliyyatın miqyası və məqsədləri onu göstərir ki, bu, daha çox ABŞ və NATO-nun maraqlarına uyğun planlaşdırılmış və həyata keçirilmiş strategiyadır. Sözsüz ki, bu iki qüvvənin Uraynanı önə çəkərək "hörümçək toru" əməliyyatını həyata keçirməsinində özünə görə səbəbi var. Rusiyanın nüvə doktrinasına dolayısı zərbə vurmaqla NATO bloku Moskvanı hərbi və psixoloji cəhətdən zəiflətməyə çalışır. Bu cür mürəkkəb və texnoloji dəqiqlik tələb edən əməliyyat Ukraynanın təkbaşına icra edə biləcəyi bir missiya deyil. Burada kosmik kəşfiyyatdan tutmuş, informasiya müharibəsi texnologiyalarına qədər geniş imkanlardan istifadə olunub. Bu isə əməliyyatın arxasında Qərb kəşfiyyat strukturlarının dayanması ehtimalını gücləndirir".

Analitikin fikrincə, bu hücumun əsas məqsədi Rusiyanı sülhə məcbur etmək deyil. Əksinə, bu, Rusiya dövlətinin nüvə təhlükəsizlik sistemini sarsıtmaq və ölkənin imicinə zərbə vurmaq üçün atılmış addımdır. Məhz bu səbəbdən də əməliyyatdan dərhal sonra Qərb mediasında Rusiyaya qarşı psixoloji basqılar daha da gücləndi. “Şimal Axını-2” kəmərinə edilən hücumu da eyni strateji xəttin bir hissəsi kimi dəyərləndirilməlidir. Bu kimi addımlar Rusiya dövlətini zəiflətmək məqsədi güdür və Ukrayna bu planlarda yalnız alət funksiyasını yerinə yetirir.

"Rusiya bu əməliyyata qarşı cavab tədbiri görəcək. Lakin bu cavabın miqyası və səviyyəsi zamanla aydınlaşacaq. Böyük Britaniyanın "Hörümçək toru" əməliyyatından dərhal sonra müdafiə hazırlığını gücləndirməsi də bu gərginliyin Qərbdə ciddi qarşılandığını göstərir. NATO-nun getdikcə daha çox birbaşa hərbi münaqişəyə yönəldiyi, Avropa İttifaqının isə münaqişənin uzanmasında maraqlı olduğu artıq bəlli məsələdir. Bu kurs həm Rusiyanı iqtisadi və hərbi baxımdan zəiflətmək, həm də yeni psixoloji hücum strategiyalarına zəmin yaratmaq məqsədi daşıyır".

Sonda o, diqqətə çatdırıb ki, bu əməliyyatlar Rusiyanın nüvə doktrinasına birbaşa təhdiddir. Nüvə doktrinasına edilən hər hansı müdaxilə isə Moskvanın sərt və adekvat cavabı ilə nəticələnə bilər. Bu isə təkcə Rusiya və Qərb üçün deyil, bütün bəşəriyyət üçün ciddi təhlükələr doğura bilər. 

"Avropanın hazırkı siyasəti sülhə deyil, qlobal xaosa xidmət edir", - deyə politoloq nitqini yekunlaşdırıb.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın strateji bombardmançıları da daxil olmaqla, 41 təyyarəsi məhv edilib.  

Töhfə Səməd

FOTOLAR

"Hörümçək toru" əməliyyatının arxasında kim durur? – ŞOK AÇIQLAMA — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Xamenei haradadır? - MKİ və MOSSAD Xameneinin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Bütün Xəbərlər