Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma

Tourette sindromu necə təzahür edir? Əsas əlamətlər və yanaşma
01.07.2026 18:37 Sağlamlıq

Tourette sindromu sinir sisteminin inkişafı ilə əlaqəli nevroloji pozuntudur və əsasən uşaqlıq dövründə başlayır. 

TodayPress TV xəbər verir ki, xəstəlik istər-istəməz baş verən hərəkət (motor) və səs (vokal) tikləri ilə xarakterizə olunur.

Mütəxəssislərin sözlərinə görə, əlamətlər adətən 5–10 yaş arasında ortaya çıxır və oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir.

Tourette sindromunun ən xarakterik əlaməti təkrarlanan, nəzarətdən kənar hərəkətlər və səslərdir. Motor tiklər göz qırpma, üz əzələlərinin yığılması, başın qəfil hərəkəti, çiyin çəkmə və ya əllərin istər-istəməz tərpənməsi şəklində özünü göstərə bilər. Vokal tiklər isə boğaz təmizləmə, öskürmə, burnunu çəkmə, müxtəlif səslər çıxarma və ya sözlərin təkrarlanması ilə müşahidə oluna bilər.

Tiklərin intensivliyi zamanla dəyişə bilər. Onlar həyəcan, stress, yorğunluq və emosional gərginlik zamanı arta, diqqətin müəyyən fəaliyyətə yönəldiyi hallarda isə müvəqqəti azala bilər. Bəzi insanlar tikləri qısa müddət nəzarətdə saxlaya bilsələr də, sonradan onları yerinə yetirmək üçün güclü daxili ehtiyac hiss edirlər.

Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərin əksinə olaraq, nalayiq və ya söyüş xarakterli sözlərin qeyri-iradi şəkildə deyilməsi (koprolaliya) Tourette sindromu olan insanların yalnız kiçik bir hissəsində müşahidə olunur. Bu əlamət xəstəliyin əsas göstəricisi hesab edilmir.

Tourette sindromu olan şəxslərdə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), obsesiv-kompulsiv pozuntu (OKP), narahatlıq və öyrənmə çətinlikləri kimi yanaşı vəziyyətlər də rast gəlinə bilər. Bu səbəbdən xəstələrin kompleks qiymətləndirilməsi vacib hesab olunur.

Xəstəliyin dəqiq səbəbi tam məlum olmasa da, genetik meyillilik və beyində hərəkətlərin idarə olunmasına cavabdeh sinir dövrələrinin fəaliyyətindəki dəyişikliklərin rol oynadığı düşünülür.

Müalicə yanaşması simptomların ağırlığından və onların gündəlik həyata təsirindən asılı olaraq müəyyən edilir. Tiklər yüngül olduqda yalnız müşahidə və maarifləndirmə kifayət edə bilər. Daha ifadəli hallarda davranış terapiyası, xüsusilə tiklərin idarə olunmasına yönəlmiş xüsusi metodlar tətbiq edilir. Zərurət yarandıqda isə həkim nəzarəti altında dərman müalicəsi təyin oluna bilər.

Həkimlər vurğulayırlar ki, Tourette sindromu olan insanların əksəriyyəti düzgün tibbi dəstək, psixoloji yardım və ailə-məktəb əməkdaşlığı sayəsində normal təhsil ala, işləyə və aktiv sosial həyat sürə bilirlər. Erkən diaqnoz və fərdi müalicə planı simptomların idarə olunmasında mühüm rol oynayır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 Bütün Xəbərlər