Azərbaycanın təhlükəsizliyi GÜNDƏMDƏ: Prezident Münhendə hansı mesajları verdi?

Azərbaycanın təhlükəsizliyi GÜNDƏMDƏ: Prezident Münhendə hansı mesajları verdi?
14.02.2026 13:45 Təhlil

"Münhen Təhlükəsizlik Konfransı çərçivəsində verilən mesajlar Azərbaycanın həm regional sülh, həm də qlobal strateji əməkdaşlıq sahəsindəki prioritetlərinin həll olunduğunu və yeni mərhələyə keçid etdiyini göstərir". 

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik sahəsində müxtəlif mövzuların müzakirə olunduğu mühüm platformadır. Bu platformada hərbi, siyasi, enerji, kiber təhlükəsizlik kimi müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə məsləhətləşmələr həyata keçirilir. Azərbaycan ənənəvi olaraq Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

Parlamentari vurğulayıb ki, əslində, Azərbaycan Prezidenti Münhendə yerli mətbuata verdiyi müsahibədə Azərbaycanın təhlükəsizlik prioritetlərini dilə gətirib və bir çox mühüm mesajlar verib:  

"Burada həm Ermənistan ilə Azərbaycan arasında sülh məsələsinə toxunuldu, həm də de-fakto sülhün artıq əldə olunduğu bildirildi. Ancaq bunun hüquqi-siyasi baxımdan son mərhələyə çatması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyac olduğu qeyd edildi. Prezident  bildirdi ki, bu baş verərsə, sülhü elə səhəri gün imzalamaq mümkün olacaq. Biz həmişə Ermənistan və Azərbaycan arasında sülh sənədinin, paraflanmış sülh sənədinin imzalanması zamanı iki şərtin baş tutmasını istəyirdik: biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Azərbaycandan Azərbaycana  - Naxçıvana  maneəsiz keçid idi. Münhen Təhlükəsizlik Konfransında yerli mediaya müsahibəsində Azərbaycan Prezidenti artıq maneəsiz keçid məsələsini dilə gətirmədi, bu isə o deməkdir ki, artıq bu məsələ həll olunub".  

Millət vəkili qeyd edib ki, Prezident dəhlizi "Tramp marşrutu" kimi səciyyələndirərkən onu sadəcə dəmir yolu və avtomobil yolu kimi təsvir etməyib: 

“O, burada fiber-optik kabellər və digər qaz, enerji və kommunikasiyalar dəhlizlərinin olduğunu da vurğuladı ki, bu da mühüm məsələ idi. Bundan başqa, Azərbaycan Prezidenti "France 24" telekanalına müsahibəsində bu məsələlərə bir daha toxundu və lazım olan mesajları verdi. Xüsusilə Fransa ilə münasibətlərə gəldikdə, o qeyd etdi ki, tərəflər razılaşıblar ki, Fransa-Azərbaycan münasibətlərində yeni mərhələ başlasın".

H.Baboğlu əlavə edib  ki, prezident bir sıra Amerika şirkətlərinin rəhbərləri ilə də görüşüb: 


"Bu görüşlərdə xartiyada nəzərdə tutulan məsələlərlə bağlı kibertəhlükəsizlik və süni intellekt sahəsində əməkdaşlıq mövzuları müzakirə edildi".

Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti yeni dünya nizamının vacibliyini və səfərin təhlükəsizlik əhəmiyyətini vurğulayıb:

 "Ən maraqlısı isə prezidentin yeni dünya nizamı və onun hansı mərhələdə olması ilə bağlı fikirlərini səsləndirməsidir. Burada o, daha çox institusional yanaşmanı önə çəkdi. Yəni, yeni dünya nizamı bir gündə baş verəcək hadisə deyil, ilk növbədə onun institusional əsaslarının formalaşması vacibdir. Bu, fərqli və yeni baxışdır. Çünki nəzəri baxımdan nə qədər fikir səsləndirilsə də, bu nizamı təsis edəcək və qoruyacaq institutlar mövcud olmasa, ondan danışmaq mümkün deyil. Ona görə də bu səfər Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".  

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya rəsmi səfərə gedib.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər