Rusiyayönümlü üçlük HƏRƏKƏTƏ KEÇDİ: Anti-Ukrayna ittifaqı yaradılır

Rusiyayönümlü üçlük HƏRƏKƏTƏ KEÇDİ: Anti-Ukrayna ittifaqı yaradılır
28.10.2025 17:39 Təhlil

Macarıstan Çexiya və Slovakiya ilə birlikdə Avropa İttifaqında Ukraynaya şübhə ilə yanaşan ölkələrdən ibarət ittifaq yaratmaq istəyir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın müşaviri Balaj Orban bildirib.  


Müşavirin sözlərinə görə, Orban dekabr ayında keçiriləcək Aİ sammitindən əvvəl ANO hərəkatının lideri Andrey Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə Ukrayna ilə bağlı mövqelərini əlaqələndirməyə ümid edir. 

Bəs ittifaq yaransa, nə baş verəcək? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Aİ-nin Ukraynaya dəstək birliyində yeni çatlar yarana bilər: 


"Macarıstan, Slovakiya və Çexiyadan ibarət anti-Ukrayna ittifaqının yaranması ehtimalı var. Əvvəla, ona görə ki, onlar hər fürsətdə Ukraynaya qarşı çıxırlar. Bu qüvvələrin daha çox Rusiya ilə bağlı olması ehtimalı kifayət qədər yüksəkdir. Bu gün Çexiyada və Slovakiyada Rusiyayönümlü qüvvələrin hakimiyyətdə olması bunu bir formada açıq şəkildə göstərir. Xüsusilə onlar Aİ-nin Ukraynaya yardım göstərmək niyyətlərinə hər zaman mane olurlar. Düzdür, birbaşa şəkildə deyil, arqumentlər, faktlar və dəlillərlə bunu əsaslandırmağa çalışırlar".


Ekspert bildirib ki, məsələnin kökündə Rusiyayönümlülük dayanır:

"Üzdə öz dövlət maraqlarından çıxış edərək Ukraynaya qarşı olduqlarını bildirsələr də, Avropa siyasi mühitində bəllidir ki, onlar artıq Rusiyayönümlü qüvvələrdir və Ukraynaya qarşı mövqeləri də məhz bundan qaynaqlanır. Bu üçlüyün bir araya gələrək daha ciddi bir ittifaq şəklində müqavimət göstərməsi mümkündür".

Analitik hesab edir ki, yaranacaq ittifaq təkcə Ukraynaya qarşı olmayacaq:

"Əlbəttə ki, bu, Aİ üçün müəyyən çətinliklər yaradacaq, çünki qurumda bütün üzv dövlətlərin razılığı ilə qərar qəbul etmək mexanizmini çətinləşdirəcək. Bildiyim qədər, Aİ artıq qərar qəbulu prosesində səs çoxluğu üsuluna keçmək barədə düşünür. Bu ittifaq yaranarsa, o halda Ukraynaya Avropanın dəstəyinə mane ola bilərlər, eyni zamanda Aİ-nin öz prinsiplərinə də zidd hərəkət etmiş olacaqlar. Bundan sonra isə Avropa İttifaqının bu üçlü ilə yolunu ayırmaq barədə qərar verməsi də istisna deyil".

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Bütün Xəbərlər