Laçın azad edildi, Rəhim Qazıyev isə işğal altında qalmağa davam edir

Laçın azad edildi, Rəhim Qazıyev isə işğal altında qalmağa davam edir
19.05.2026 14:16 Təhlil

Tarixi necə  yazarsansa, elə də oxunar...

10 mayda Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərə evlərinin açarlarını təqdim edirdi.

Tarixin müqəddəsliyi onda idi ki, may ayı başdan – ayağa mistika ilə dolu olduğu qədər keçmişdən miras qalan xoşagəlməz hallarla da dolu idi.

Lakin birinci ən vacib detal burda idi:

Əliyev xalqı azad torpaqlara köçürür, özü də 10 may kimi əlamətdar bir gündə ki, Ümummilli Liderin şəxsi günü saysaq daha doğrudur. O günün başqa bir ünvanı olmamalıdır.

İkincisi isə, Azərbaycan xalqı yurduna qayıdırdı.

Sözügedən görüşdə ölkə rəhbərinin sətiraltı və sətirüstü mənalarda dediyi sözlərdə maraqlı detallar görünürdü. 

“O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir”.

Bax bu fikir böyük bir üsyan daşıyırdı, indiki miqyasda Azərbaycan çox böyükdür, hətta biz o qədər böyüyük ki, Ermənistanın nə qədər kiçik olduğunu dərk edə bilmirik və bu  fikir bir çoxu kimi ölkə rəhbərini də indinin özündə - Vətən savaşından keçən 6 ildə yenə də narahat edir, onun bir ağrısı, incikliyi qalır:

Necə ola bilər ki, Azərbaycan kimi bir güc Ermənistan kimi small city-ə müharibədə məğlub olub və bu tariximiz üzərində nə az, nə çox 30 il həqarət buludlarını dolaşdırmışdı.

8 mayda “Şuşa getsə, başıma güllə çaxaram” deyən Qazıyev 18 mayda başına güllə çaxa bilməzdi, çünki o artıq mənən ölmüşdü.


10 may günü etdiyi çıxışla tarixi bir daha yada salan Prezidentin dediyi şəxs kim idi və ona nə olmuşdu?

Axı 10 maydan bir az qabaq Şuşa, daha sonra isə Laçın işğal edilmişdi.

1992-ci ildə ölkənin müdafiə naziri olmuş Rəhim Qazıyevin yekə-yekə iddialarla dediyi söz əslində onun mənəvi ölümü ilə də başa çatmışdı, Müdafiə naziri baş zabit demək idi, zabit şərəfi isə əsgərini ölümə qurban verib, canını götürüb qaçanların aqibətinə yad idi, halbuki bu ölkədə polkovniklər, generallar əsgəri ilə səngərdən-səngərə sürünür, döyüşür, yaralarını sarıyır, dizində şəhid uğurlayır, öz canını fəda edirdi. Bax, bu baş zabitin məhz şərəfi çatmırdı ki, özünün məğlub olduğu savaşın bədəli kimi tabel silahı ilə kabinetini səngərə çevirib, böyük bir xalqın ahını, günahını almayaraq intihar edərdi. Şuşanın işğalından sonra 18 mayda Laçının işğalı baş verdi. Amma artıq Qazıyev mənən həyatda yox idi, o özünün də dediyi kimi 8 mayda Şuşanın təslimiyyətindən sonra “ölmüşdü”.

Qəribədir, araşdırmalar, tədqiqatçılar 18 may tarixində ölkənin rəhbərini müəyyən etməkdə çətinlik yaşayırlar. 

Əsas sual ölkənin rəhbəri kim olub? Sənədlərdə faktiki Mütəllibov rəhbər göstərilir. Lakin düşmən şəhərin işğalından çəkdiyi videoda Elçibəyə meydan oxuyur. Əlbəttə, bəzi oxucular bu tarixi bizə qüsur tutub, dəqiq günləri yaza bilərlər, lakin məsələnin mahiyyəti bunda da deyil axı. Cəbhədə döyüşən ordunun rəhbərliyin kimliyini tapmaq ona görə imkansızdır ki, ölkəni hərc-mərclik bürümüş, Mütəllibov qayıtmaq, ACX isə onu yola salmaq naminə cəbhəni Qarabağdan Bakıya qədər dəyişmişdilər. 

Ermənilər Laçınını işğal edirdi, AXC ordusu parlamenti

Həmin günün dosyelərinin analizi göstərir ki, 14 mayda Ali Sovetin Mütəllibovu hakimiyyəti gətirməsi vəziyyəti çətinləşdirmişdi. Bunu dövlət çevrilişi olaraq qiymətləndirən AXC Bakıda inqilab etməkdə qərarlı idi. Cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonları mövqelərini tərk edərək Bakıya üz tutmuşdu. 15 mayda İsgəndər Həmidov texnika ilə parlamentə daxil olaraq Mütəllibovu devirmişdi. Qazıyev isə ruslarla anlaşaraq guya 12 mayda Şuşanı azad etməklə bağlı əməliyyat keçirəcəkmiş ki, nəinki Şuşa, Laçın belə təslim edilmişdi. 

14 mayda Ali Sovet yenidən iclas keçirdi və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edildi. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. Bunu dövlət çevrilişi kimi görən AXC Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi. 14-15 mayda geri çəkilən qüvvələr əsasən 704 saylı briqadanın (Elbrus Orucovun rəhbərliyi ilə) və digər AXC-yə yaxın dəstələrin qalıqları idi. Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü.

AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, sonra silahlı hücum başladı. 

15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə parlament binasına və televiziyaya basqın etdi. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi. Növbəti gün o, Azərbaycanı tərk etdi. Müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçildi. Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edildi, Qazıyev isə müdafiə naziri olaraq qaldı. Həmin gün Özbəkistanın Daşkənd şəhərində Rusiyanın himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılmışdır. Ermənistanın KTMT-yə daxil olmasına baxmayaraq, artıq AXC iqtidarında olan Azərbaycan KTMT-yə qoşulmaqdan imtina etmişdi. Rus hərbçilərinin Ağdamdan geri çəkildiyini və Əsgərana hücum olmayacağından xəbər tutan erməni ordusu 16 mayda öz əsgərlərini Şuşa–Laçın xətti ilə yerləşdirməyə başlamışdı.

Laçının işğalı ilə ermənilər Azərbaycanın mühasirəsini yarmış, Ermənistanla Xankəndini ayıran yeddi kilometrlik dəhlizi aradan götürmüşdü. Laçının işğalı erməni ordusu müharibə illərindəki əsas nailiyyəti olmuşdu, çünki bundan sonra Qarabağdakı erməni qüvvələrinin hərbi imkanları dəfələrlə artmışdı. Bu, Ermənistan tərəfində status-kvonun beynəlxalq səviyyədə tanınmasına və Qarabağ məsələsinin yekun həllinə imkan verəcək yeni hərbi-siyasi vəziyyət illüziyasının formalaşmasına səbəb olmuşdu. İrəvandakı komandanlığın planlarında Ermənistanın ərazi iddiaları sferasına daxil olan qalan ərazilər üzərində operativ nəzarətin qurulması, ardınca isə mövcud status-kvo hüquqi cəhətdən möhkəmlənənə və münaqişə siyasi yolla həll olunana qədər erməni qüvvələrinin bütün istiqamətlərdə aktiv müdafiəyə keçməsi nəzərdə tutulurdu.

Ermənistanda milli ordunun formalaşmasını sürətləndirmək məqsədilə may–iyun aylarında Ermənistanda səfərbərlik elan edilmişdir. Eyni zamanda, Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa davamlı olaraq gücləndirici qüvvələr daşınmış, onlar Qarabağda fəaliyyət göstərən qoşun qruplaşmasının komandanlığının sərəncamına verilmişdir. Görülən səylər nəticəsində iyunun ortalarına qədər cəbhədə 100 zirehli texnika ilə dəstəklənən 20 min nəfərdən ibarət hərbi birləşmə formalaşdırılmışdı.

Bir güllə üçün canımızı qurban veririk, amma onlar bizə milyon güllə qoyub gediblər


Laçının işğalından olan bir görüntüdə işğalçı əsgərlərdən qalan silah-sursatı videoya çəkir və beləcə də deyir: 

“Sağ ol, Elçibəy (AXC batalyonlarını nəzərdə tutur) bir güllə üçün canımızı qurban veririk, amma onlar bizə milyon güllə qoyub gediblər”.

Təəssüf ki, həmin erməni işğalçısı güllələr üzərindən hədəfi çox dəqiq vurmuşdu:

Bu döyüşə qədər bölgədə olan əsgər sayımız 2700 nəfərə yaxın olub, düşmən isə maksimum 1500 əsgərə sahib imiş, döyüş başlayandan sonra isə bizim əsgər sayının yalnız Qaladərəsi istiqamətində 40 nəfərə qədər düşdüyü bəlli olur.

Təəssüf ki, nəinki torpaqlarımız, düşmənə qismət olan silahlarımız da onlara təhvil verilmiş və güman ki, o güllələrdən sonralar bir neçə igidimiz şəhadətə  yürümüşdü.

Məğlubiyyət keçmiş tarixdir, qalibiyyət indiki


Tarixini özü yazır hər xalq. İkinci fikir belədir ki, şəhidləri olan xalqı məğlub adlandırmaq da doğru olmaz. Çünki savaş meydanda gedir və 30 mindən artıq şəxsin, özü də say -seçmə, sağlam və gənc, kişi nəslinin məhvi ilə yarımçıq qalmış prosesin məğlubiyyətinin səbəbkarı xalq ola bilməzdi.

Çünki şəhidin məğlubu olmur, ikincisi isə məğlub xalqın revanş hissi olmur. 2020-ci ildə müharibəsinə “Vətən savaşı” adı qoyan xalqın məğlubiyyətlə heç bir əlaqəsi ola bilməzdi.

Bax, o tarixin geri dönüşündə yer alan faktiki həqiqətin sosiologiyasını bu gün təqvimə yazılan qırmızıların çoxalması ilə ölçə bilirik.

Milli təqvimimiz də yox idi, zəfər təqvimimiz də. Amma indi hər il təkrarlanan milli yaddaşı yeniləyən kalendarda baxıb, uğrunda canını fəda edənlərin bütövləşdirdiyi milli qürur günləri mövcuddur.

Maddi şeyin mənəvi mahiyyətini iqtisadçılara tapşıranda “pul - pul gətirir” kimi fayda ilə izah edirlər, biz isə onu qalibiyyət özü ilə qələbələr gətirir tezisinin təsdiqində gördük. Azərbaycan 2020-ci ildən etibarən çıxdığı yolda qətiyyən məğlub olmur, əksinə Qarabağ müharibəsində silahlarla əldə edilən qələbədən sonra diplomatiya ilə qazanılan daha böyük uğurlara səhnə olmağa başlayır...

İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var: 1  dekabrda, öz tariximiz, öz hekayəmiz və öz qələbəmiz.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
31 IYUL 2026
“Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 Bütün Xəbərlər