Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn

Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn
13.07.2026 10:52 Xarici siyasət

Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı ötən il Ukraynaya verdiyi tövsiyəsini xatırladıb:

"Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiqləyirəm: münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, əməliyyatların dayandırılması üçün müəyyən dairələrin təzyiqi olub, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər verilib, təbii ki, Ukrayna xalqı və hökuməti buna razı olmadı".

İlham Əliyev öz qiymətləndirmələrinə əsasən bildirib ki, bu müharibənin dərhal dayandırılması çoxdan dərk edilməli idi:

"Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və mənim humanist mövqeyimdir".

Prezident bu konteksdə Azərbaycanı misal çəkib.

"Mən vaxtilə işğaldan əziyyət çəkən dövlətin rəhbəriyəm, bizim bu mənada nadir təcrübəmiz var. Bizi də məcbur edirdilər ki, Qarabağdan imtina edək. Mən daxil Azərbaycanda heç kəs buna razı ola bilməzdi, amma bu dünyanın üç aparıcı ölkəsinin (Minsk qrupu – red.) birgə mövqeyi idi. Onlar BMT TŞ daimi üzvləri idi, həmin mövqeyə tab gətirmək olduqca çətin məsələ idi. İkinci Qarabağ müharibəsi başlayanda onların üçü də dərhal müharibənin dayandırılmasını tələb edirdilər. Onlar bizə zəng edirdilər, hədə-qorxu gəlir, təhdid edirdilər. Tələb o idi ki, heç nə dəyişilməsin, hətta bəziləri bizə təklif edirdi ki, məsələn, Füzulini azad etdiniz, dayanın. Biz müxtəlif diplomatik üsullardan istifadə edirdik, mən XİN rəhbərini Moskvaya, Vaşinqtona, Avropaya çoxsaylı görüşlərə göndərirdim. Onların məqsədi o idi ki, Azərbaycan öz ərazi bütövlüyün bərpa etməsin, amma onlar iflasa uğradı, çünki xalqın iradəsini sındırmaq olmaz. Öz müstəqilliyini, kimliyini qorumağa çalışan xalqın iradəsini sındırmaq olmaz".

Dövlət başçısı deyib ki, Zelenskinin mövqeyinə bələddir.

"Mən Zelenskinin mövqeyi ilə yaxşı tanışam, o bunu ictimai şəkildə bəyan edib. Apreldə Azərbaycana səfəri zamanı da söhbətimiz oldu. İstənilən halda, Azərbaycanın mövqeyi dəyişilməzdir. Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Onun suverenliyinin və sərhədlərinin toxunulmazlığını tərəfdarıyıq. Xalqın icazəsi olmadan heç bir ölkənin sərhədləri dəyişdirilə bilməz, burada bizim mövqeyimiz ardıcıldır.

Biz Ukraynaya yardım üçün əlimizdən gələni edirik, biz bunu reklam üçün yox, səmimi qəlbdən edirik, həm dövlət səviyyəsində, həm də sıravi insanlar səviyyəsində vahid bir mövqeyimiz var ki, əziyyət çəkən xalqa, ərazi bütövlüyü pozulmuş bir ölkəyə əlimizdən gələni etməyə çalışırıq".

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 “Zəngəzur dəhlizi vacib layihədir” - Prezident 11:29 NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır 10:29 Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı? 10:20 Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı: Azərbaycandan İrana "hicrət" etdik, rahat yaşamaq üçün... 10:16 Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Bütün Xəbərlər