Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə

Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə
13.08.2026 09:30 Dünya

Rusiya Prezidenti Vladimir Putin Kuril adalarının mübahisəli ərazilərindən biri olan İturup adasına səfər edib.

TodayPress TV xəbər verir ki, TASS-ın məlumatına görə, bu, Putinin Kuril adalarına ilk şəxsi səfəridir.

Rusiya lideri adada balıq emalı zavoduna baş çəkib və Rusiya Sakit Okean Donanmasının flaqman gəmisinə baxış keçirib.

Kuril adaları uzun illərdir Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin əsas mövzularından biridir. Tokio arxipelaqın cənubundakı İturup, Kunaşir, Şikotan və Habomai adalarını öz ərazisi hesab edir və onları “Şimal əraziləri” adlandırır.

Adalar İkinci Dünya müharibəsindən sonra Rusiyanın nəzarətindədir. Bu ərazi mübahisəsi Moskva ilə Tokio arasında sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri olaraq qalır.

Putinin İturupa səfəri fonunda bölgədəki ərazi mübahisəsi yenidən diqqət mərkəzinə düşüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda Wildberries-in böyük anbarı yanır 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Qaz təchizatı dayandırılır: Bu ərazilərdə yaşayanlara xəbərdarlıq 08:18 DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi 09:27 Sakinlərin DİQQƏTİNƏ! Bu ərazilərdə elektrik enerjisi kəsiləcək 08:14 Bu rayonlarda işıq OLMAYACAQ 01:15 Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Qara dəliyin yaxınlığında su və toz aşkar edildi! 01:08 Bütün Xəbərlər