Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... - VİDEO

Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... - VİDEO
23.06.2026 13:21 Təhlil

Diplomatik masada gərgin anlar yaşanır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 18 iyun 2026-cı il tarixli qərarı Bakı ilə Strasburq arasında növbəti regional böhranın fitilini odladı. Avropa Şurasının Bakı ofisinin rəhbəri Peter Six (Peter Sich) Xarici İşlər Nazirliyinə çağırıldı və ona sərt etiraz notası verildi. Bu, Azərbaycanın post-münaqişə reallıqlarını və suverenliyini qəbul etmək istəməyən Qərb təsisatlarına rəsmi diplomatik demarşıdır.

AİHM arxivdən çıxarılan xəyalət terminlərlə nə demək istəyir?

Söhbət 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olmuş erməni hərbçilərinin ailələri tərəfindən qaldırılmış "V.T. və digərləri Azərbaycana qarşı" işindən və onun ətrafında formalaşan hüquqi təxribatdan gedir.

Rəsmi Bakının kəskin reaksiyasına səbəb olan məqam sənədin sətiraltı qatında gizlədilən "status" manipulyasiyasıdır. Məhkəmə öz rəsmi qərarında artıq tarixin arxivinə gömülmüş qondarma qurumun strukturlarına – "Dağlıq Qarabağ Respublikası", onun "ordusu", "baş prokuroru" və "ombudsmanı"na sanki qanuni tərəflər silsiləsiymiş kimi istinad edib. Bu isə beynəlxalq hüququn birbaşa və kobud şəkildə pozulması, separatizmin hüquqi sənədlər vasitəsilə leqallaşdırılması cəhdidir.

Burada ən maraqlı və ziddiyyətli məqam Avropa Məhkəməsinin öz presedent hüququnu tamamilə unutması və ya özünü unudurmuş kimi aparmasıdır. 

2015-ci ildə elə həmin bu məhkəmə beynəlxalq hüquq tarixinə düşən məşhur "Çıraqov və digərləri Ermənistana qarşı" işində rəsmən təsbit etmişdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalı altındadır və oradakı oyuncaq rejim yalnız İrəvanın hərbi, siyasi və maliyyə dəstəyi sayəsində mövcuddur.

İndi  Azərbaycan öz suverenliyini bütün ölkə miqyasında tam bərpa etdikdən sonra  eyni məhkəmənin həmin qanunsuz strukturları müstəqil hüquqi subyekt kimi qələmə verməsi təməl məntiqə sığmır. Bu tendensiya Qərbdəki müəyyən dairələrin Avropa hüquq mexanizmlərindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etdiyini ortaya qoyur.

Peter Sixin XİN-ə çağırılaraq qarşısına etiraz notasının qoyulması Strasburqa verilən mesajın koordinatlarını dəqiq cızır:

Azərbaycan 2020 və 2023-cü illərdə hərbi-siyasi müstəvidə həll etdiyi Qarabağ mövzusunun hüquqi sənədlər vasitəsilə yenidən qanunsuz şəkildə deşilməsinə əsla göz yummayacaq.

Avropa təsisatlarının bu növ birtərəfli və qərəzli addımları Azərbaycanın Avropa Şurası strukturları ilə gələcək əməkdaşlıq formatını, sənədlərin ratifikasiyasını və etimad mühitini birbaşa risk altına qoyur.

Post-münaqişə dövründə Bakı masada "qırmızı xətlərini" necə qətiyyətlə qoruduğunu növbəti dəfə sübut etdi. Regionda yeni sülh arxitekturasının qurulduğu bir vaxtda, beynəlxalq məhkəmələrin köhnə və qərəzli terminologiyaya sığınması regional gərginliyin artmasına xidmət edən boş cəhdlərdir. Bəlkə də onlar münaqişənin onların iştirakı olmadan aradan qalxmasını hələ də həzm edə bilmirlər.

Jalə Rövşən

XƏBƏR LENTİ
13 AVQUST 2026
Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Bütün Xəbərlər