Xankəndidə yeni dövr: ECO Zirvəsi tarixi hadisəyə çevrildi

Xankəndidə yeni dövr: ECO Zirvəsi tarixi hadisəyə çevrildi
05.07.2025 16:45 Təhlil

"Azərbaycan beynəlxalq və regional təşkilatlara üzv olmaqla yanaşı, çox zaman onların aparıcı dövləti kimi çıxış edir. Müxtəlif təşəbbüs və ideyalar irəli sürür, onların həyata keçirilməsi üçün mühüm platformalar yaradır. Hazırkı mürəkkəb şəraitdə, beynəlxalq münasibətlər sistemində nizamın dəyişdiyi bir zamanda Azərbaycanın bu təşəbbüsləri üzv olduğu təşkilatların yeni bir formada təqdimatına çevrilir və onların funksionallığını artırır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress TV-yə danışarkən deyib.

O qeyd edib ki, 2011–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rəhbərlik etməsi, COP29 tədbirinə ev sahibliyi etməsi, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər və bu tədbirlərin verdiyi səmərəli nəticələr ölkənin fəaliyyətini daha da cəlbedici edir:

"ECO Zirvə Toplantısının Xankəndində keçirilməsi isə iki mühüm aspektlə yadda qaldı. Birincisi, bu təşkilata üzv ölkələrin indiki mürəkkəb şəraitdə nəqliyyat və kommunikasiya baxımından iqtisadi əməkdaşlığı yenidən dəyərləndirməsi, mövcud potensialın təhlili və əlaqələrin dərinləşdirilməsi məsələsidir. İkincisi isə ondan ibarətdir ki, 2023-cü il sentyabrın 20-dək terror yuvası kimi tanınan Xankəndi bu dəfə dünyaya sülh və iqtisadi əməkdaşlıq məkanı olaraq təqdim olundu. Hər iki hadisə özlüyündə mühüm əhəmiyyət daşıyır.

Liderlərin görüşləri, davranışları və qarşılıqlı münasibətləri isə beynəlxalq ictimaiyyətə verilən mühüm siyasi mesaj idi. Çünki bu gün təhlükəsizlik konsepsiyalarına nəzər saldıqda görürük ki, milli təhlükəsizlik yalnız hərbi deyil, eyni zamanda iqtisadi, siyasi, diplomatik komponentlərdən ibarətdir. Belə olan halda, zirvə çərçivəsində nümayiş olunan münasibətlər ölkələrarası əlaqələrin indiki vəziyyəti və gələcək perspektivləri barədə əhəmiyyətli siqnallar verir".

Deputat həmçinin liderlərin görüşündən bəhs edib:

"Liderlərin səmimi və isti münasibətləri, xüsusilə Türkiyə, Azərbaycan və Pakistan arasındakı qardaşlıq münasibətlərinə İran Prezidentinin də Xankəndidə qoşulması diqqətdən yayınmadı. Bu fakt özlüyündə ayrıca siyasi hadisə kimi dəyərləndirilə bilər. Çünki İranla bağlı müxtəlif məsələlər daim fərqli istiqamətlərdə şərh olunur. Bu münasibətlərin yaxşılaşmasını istəməyən qüvvələr – başda Ermənistan və Rusiya olmaqla – mövcuddur. Belə bir şəraitdə İran Prezidentinin bu strateji ailəyə isti mesajlarla qatılması yeni bir siyasi görüntü formalaşdırdı.

Bütün bu məqamlar üzv ölkələrin bölgədə nə qədər əhəmiyyətli və tarixi rol oynamaq imkanına malik olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən ECO Zirvə Toplantısı sözün əsl mənasında tarixi bir hadisəyə çevrildi".

Qeyd edək ki, İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Qiymət Mahir

FOTOLAR

Xankəndidə yeni dövr: ECO Zirvəsi tarixi hadisəyə çevrildi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər