Rocer Federer milyarder idmançılar siyahısına düşdü

Rocer Federer milyarder idmançılar siyahısına düşdü
23.08.2025 17:00

“Forbes” jurnalının açıqlamasına görə, 20 dəfə “Böyük Dəbilqə” qalibi olan İsveçrə tennisçisi Rocer Federerin sərvəti vergilər və agentlik xərcləri çıxılmadan 1,1 milyard dollar olaraq qiymətləndirilib. 

TodayPress TV xəbər verir ki, o, bu gəliri reklam müqavilələri, çıxışlar və müxtəlif kommersiya layihələrindən əldə edib.

“Forbes”in hesablamalarına görə, Federerə məxsus “On” idman geyimləri şirkətindəki payının dəyəri 375 milyon dollardan çoxdur. Tennisçi illər ərzində həmçinin “NetJets” şəxsi təyyarə operatoruna, “Oliver Peoples” eynək brendinə və UBS bankına da investisiya yatırıb.

Nəticədə Federer karyerası ərzində ümumi gəliri 1 milyard dolları üstələyən 7 idmançıdan biri olub. Bu siyahıya basketbolçu Lebron Ceyms, qolfçular Tayger Vuds və Fil Mikelson, futbolçular Kriştianu Ronaldu, Lionel Messi, eləcə də boksçu Floyd Mayvezer daxildir.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər