Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı

Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı
28.07.2026 09:15

“Beşiktaş”ın futbol direktoru Öndər Özen Məhəmməd Salahın İstanbul klubuna mümkün transferinin baş tutmaması ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, “beIN SPORTS Türkiye” telekanalına müsahibəsində danışıqların müəyyən mərhələdən sonra dayandırıldığını bildirib.

Özenin sözlərinə görə, Misir millisinin hücumçusu ilə danışıqların ilk mərhələsi müsbət keçib.

“Məhəmməd Salah dünya ulduzudur. Onun beynəlxalq nüfuzu çox yüksəkdir. Danışıqların əvvəlində mən və Vinçenso İtalyano onunla üç dəfə görüşdük. Lakin iyulun 21-dən etibarən ilkin müsbət dinamika zəifləməyə başladı”, – deyə klub rəsmisi bildirib.

Öndər Özen əlavə edib ki, “Beşiktaş” rəhbərliyi bu səbəbdən transfer danışıqlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

“Prezidentimiz doğru anda prosesi dayandırdı. Populist qərar vermək əvəzinə realist mövqe sərgilədi. Hazırda Məhəmməd Salah məsələsi bizim üçün təxirə salınıb”, – deyə “Beşiktaş”ın futbol direktoru vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İstanbul təmsilçisinin yay transfer pəncərəsində “Liverpul”dan ayrılan 33 yaşlı Məhəmməd Salahı heyətinə qatmaq üçün danışıqlar apardığı bildirilsə də, tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Namiq HUN

XƏBƏR LENTİ
28 IYUL 2026
US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Qlobal bazarlarda neft qiymətləri gerilədi 09:06 “Sabah” Avropa yolunda vacib imtahana çıxır 08:56 Moskva alov içində: Wildberries-in ən böyük anbarı belə vuruldu - VİDEO 08:41 ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır 08:10 Moskvaya bir gecədə 390-dan çox PUA hücumu olub 08:03 İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı 07:55 Dünya və Avropa çempionundan növbəti qızıl medal 08:49 Moskva yaxınlığında sənaye müəssisəsi vuruldu - VİDEO 07:46 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:44 Səhər mütləq yeyilməsi tövsiyə olunan meyvə 00:32 Kapri bahadır, Amalfi doludur - Bəs bu ada niyə gizli qalıb? 01:29 Bütün Xəbərlər