“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir!
Kiyev “Dinamo”sunun müdafiəçisi Taras Mıxavko “Qalatasaray”ın maraq dairəsinə düşüb.
TodayPress TV “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi sol ayaqlı mərkəz müdafiəçisi axtarışındadır.
Mıxavko komandanın əsas müdafiəçisi Abdülkərim Bardakçının alternativi kimi nəzərdən keçirilir.
21 yaşlı ukraynalı futbolçu “Qalatasaray”ın qısa siyahısına daxil edilib. Mıxavko Türkiyə çempionatında legioner limiti ilə bağlı tələblərə də cavab verir.
Qeyd edək ki, Türkiyə klublarının iştirak ərizəsində 14 əcnəbi futbolçu yer ala bilər. Onlardan 10-u üçün yaş məhdudiyyəti yoxdur, digər 4 futbolçu isə 2003-cü il yanvarın 1-dən sonra doğulmalıdır.
Daha əvvəl “Trabzonspor”, həmçinin İngiltərənin “Nottingem Forest”, “Everton” və “Bornmut” klubları da Mıxavkoya maraq göstərib.
Taras Mıxavko 2023-cü ilin yayında Kiyev “Dinamo”sunun sisteminə qoşulub, 2024-cü ilin fevralında isə əsas komandada debüt edib. O, cari mövsümdə 6 oyunda meydana çıxıb və 1 sarı vərəqə alıb.
21 yaşlı müdafiəçinin “Dinamo” ilə müqaviləsi 2030-cu ilin dekabrına qədər qüvvədədir.
“Transfermarkt” portalında onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.
Mıxavko eyni zamanda Ukrayna milli komandasının üzvüdür.
Namiq HUN