Futbol əfsanəsi yeni missiyada – Meksika millisi Markesə əmanət edilir

Futbol əfsanəsi yeni missiyada – Meksika millisi Markesə əmanət edilir
22.04.2026 09:15

“Barselona” klubunun sabiq futbolçusu və Meksika yığma komandasının keçmiş üzvü Rafael Markes 2026-cı il dünya çempionatından sonra millinin baş məşqçisi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

Bu qərarı Meksika Futbol Federasiyasının direktoru Duilio Davino açıqlayıb. 47 yaşlı mütəxəssislə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Hazırda Markes Xavyer Agirrenin məşqçilər korpusunda çalışır və turnirdən sonra onu əvəz edəcək.

“Rafaellə müqavilə artıq imzalanıb. O, həm köməkçi məşqçi, həm də baş məşqçi kimi futbolçu olduğu dövrdəki kimi komandaya təsir edir”, – deyə Davino bildirib.

Markes məşqçilik karyerasına “Barselona B” sistemində başlayıb. Futbolçu kimi isə Avropa və Meksika klublarında, o cümlədən “Monako” və “Nyu York Red Bulls” komandalarında çıxış edib.

Rafael Markes Meksika yığma komandasının heyətində FIFA Konfederasiyalar Kubokunun qalibi olub və iki dəfə KONKAKAF Qızıl Kubokunu qazanıb.

Qeyd edək ki, Dünya Çempionatında meksikalılar qrup mərhələsində mübarizə aparacaq, turnirdən sonra isə komanda Markesin rəhbərliyi altında yeni dövrə başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Bütün Xəbərlər