Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi”

Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi”
13.08.2026 15:00

“Red Bull”un keçmiş məsləhətçisi Helmut Marko 2021-ci ildə qazanılan dünya çempionluğu titulunun Maks Ferstappenin karyerasında ən çətin olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “F1oversteer” portalı məlumat yayıb. 

Markonun sözlərinə görə, həmin mövsümdə “Mercedes”lə mübarizə son həddə çatan əsl müharibəyə çevrilmişdi.

“Düşünürəm ki, həmin mövsümün əvvəlində bolid və pilotun ən yaxşı kombinasiyası bizdə – “Red Bull”da idi. “Mercedes” üçün dönüş nöqtəsi isə Silverstoundakı insidentdən sonra baş verdi. Həmin vaxt Hemilton Maksın təkərinə toxundu və ciddi qəza yaşandı. Yadımdadır ki, Maks baryerə çırpılarkən 50G-lik yüklənməyə məruz qalmışdı.

Daha sonra “Mercedes” xüsusi mühərrik versiyası hazırladı. Bu, çox güclü mühərrik idi, lakin maksimum imkanlarında cəmi bir neçə yarış işləyə bilirdi. Nəticədə mühərrik dəyişikliklərinə görə cərimələr savaşı başladı.

Düşünürəm ki, Ferstappen üçün həqiqətən çətin olan yeganə titul 2021-ci ildəki çempionluq idi. Çünki bu, adi idman mübarizəsindən daha çox əsl müharibəyə bənzəyirdi. Heç də xoş təcrübə deyildi”, – deyə Marko bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
13 AVQUST 2026
Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Bütün Xəbərlər