“Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində!
İngiltərə Futbol Assosiasiyası (FA) “Everton”un hücumçusu Martin Şerifə mərc qaydalarını pozduğu üçün ittiham irəli sürüb.
TodayPress TV xəbər verir ki, 20 yaşlı futbolçu 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək futbol oyunlarına 61 mərc edib.
İngiltərədə peşəkar futbolçulara istənilən futbol matçına mərc etmək qadağandır.
Şerif FA-nın irəli sürdüyü ittihamlara avqustun 17-dək cavab verməlidir.
Qeyd edək ki, Martin Şerif “Everton”un yetirməsidir. Lakin o, klubun əsas komandasında hələ heç bir rəsmi matçda meydana çıxmayıb. Futbolçu ötən mövsümü icarə əsasında “Rotherham” və “Port Vale” klublarında keçirib.
Şerifin “Everton”la hazırkı müqaviləsinin müddəti daha bir il davam edir.
Namiq HUN