Əfsanə iki ulduzun fərqli oyun üslubundan danışdı
Xorxe Valdano Ronaldo ilə Messi arasındakı əsas fərqi açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Valdano bildirib ki, hər iki futbolçu bütün dövrlərin ən böyükləri sırasında yer alsa da, onların oyuna təsir etmə tərzi fərqlidir.
“Kriştianu haqlı olaraq bütün dövrlərin ən böyük futbolçularından biridir. Yaşı artdıqca onun oyunu Messidən fərqli istiqamətdə inkişaf etdi. Ronaldo cərimə meydançasına daha yaxın oynamağa üstünlük verdi, Messi isə oyunu daha dərin zonalardan qurmağa çalışdı. Hər ikisi matça öz üstünlüklərinə uyğun təsir göstərirdi. Kriştianu qol vurmaqla əlaqəsini qorumağa çalışırdı, Messi isə oyunun özünə daha çox təsir etməyə üstünlük verirdi”, – deyə Valdano açıqlayıb.
Qeyd edək ki, son dünya çempionatında Portuqaliya yığması 1/8 finalda İspaniyaya 0:1 hesabı ilə uduzub. Argentina millisi isə finala qədər irəliləsə də, əlavə vaxtda İspaniyaya eyni hesabla məğlub olub.
Namiq HUN