Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq

Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq
11.08.2026 15:53

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Polina Rəhimova Avropa çempionatından sonra yığmadakı karyerasını başa vuracağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına açıqlamasında bildirib.

Rəhimova AVRO-2026-nın qrup mərhələsində keçiriləcək oyunlardan sonra milli komandadan ayrılacağını söyləyib.

“Evdə karyerama yekun vurmaq böyük fürsətdir. Milli komandaya kömək etmək üçün gəlmişəm və eyni zamanda voleyboldan sonrakı həyata hazırlaşıram. Karyeramı başa vurduqdan sonra yığmada baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərmək istəyirəm. Bu alınmasa, ailə qurub ana olmağı planlaşdırıram”, – deyə voleybolçu bildirib.

Ardıcıl doqquzuncu dəfə Avropa çempionatında iştirak edəcək təcrübəli oyunçu Azərbaycan millisinin C qrupundakı hədəflərindən də danışıb.

“Artıq komandamızın heyətində əvvəlki kimi təcrübəli oyunçular yoxdur. Yeni nəsil formalaşır. Bu, böyük sınaq olacaq, lakin turnirə müsbət yanaşıram. Əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Böyük vədlər vermək istəmirəm. Sadəcə, əlimizdən gələnin ən yaxşısını etməliyik. Azarkeşlərin dəstəyi bizə kömək edəcək”, – deyə Rəhimova qeyd edib.

Polina Rəhimova Azərbaycan millisi ilə 2005 və 2017-ci illərdə Avropa çempionatında dördüncü yeri tutub. O, AVRO-2017-də 151 xalla turnirin ən məhsuldar voleybolçusu olub.

Təcrübəli hücumçu 2015-ci ildə Yaponiya çempionatında keçirilən oyunda 58 xal toplayaraq dünya rekorduna imza atıb.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 21-dən 28-dək keçiriləcək. Azərbaycan millisi qrupda Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 Bütün Xəbərlər