Cüdo millimiz Avropada növbəti uğura imza atdı!
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurub.
TodayPress TV xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Yarışın son günündə Azərbaycan milli komandası 2 qızıl və 4 bürünc medal qazanıb.

Cüdoçularımızdan Xədicə Qədəşova (57 kq) və Davud Namazlı (100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova, Gülgəz Musayeva (hər ikisi 48 kq), Aytən Verdiyeva (57 kq) və Canpolad Əliyev (100 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Nilgün Rzayeva (63 kq) üçüncü yeri tutub.

Beləliklə, ümumilikdə 7 medal qazanan Azərbaycan millisi 33 ölkənin iştirak etdiyi Avropa Kubokunu komanda hesabında üçüncü pillədə tamamlayıb.
Namiq HUN