Cüdo Federasiyasının növbədənkənar Konfransı keçirildi

Cüdo Federasiyasının növbədənkənar Konfransı keçirildi
19.10.2025 00:28

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı keçirilib.

TodayPress TV ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

ACF-in prezidenti açılış nitqində Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans çərçivəsində federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, ACF-nin, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında federasiyanın son illərdəki fəaliyyətini yüksək qiymətləndirib. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda ACF-nin İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər. Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə komitənin sədri seçilib.


Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər. Görüşün əvvəlində ACF-in icraçı vitse-prezidenti R.Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib. Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

ACF-in prezidenti iclasda bildirib ki, bu gün demək olar, ölkənin bütün regionlarında cüdo idman növü inkişaf edir, yeni klublar açılır və mövcud zallarda bərpa işləri aparılır. Vurğulanıb ki, cüdo uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, vaxtlarını səmərəli keçirməsinə, həmçinin qızların erkən nikahdan qorunaraq idmana cəlb olunmasına mühüm töhfə verir.

İclas zamanı məşqçilərin bu prosesdə həlledici rol oynadığını vurğulanaraq bildirilib ki, federasiyanın məqsədi yalnız medallar qazanmaq deyil, sağlam və layiqli gənclərin yetişməsinə dəstək göstərməkdir.

Görüş zamanı qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təlim proqramları davamlı şəkildə həyata keçiriləcək. Eyni zamanda, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi, yeni klubların yaradılması və cüdo bölmələri açılması istiqamətində fəaliyyət davam etdiriləcək.

İclas zamanı irəli sürülən təkliflər ACF katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
“Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? 12:43 Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bütün Xəbərlər