Regional kanallar çökdü, NHL hərəkətə keçdi!

Regional kanallar çökdü, NHL hərəkətə keçdi!
06.08.2026 11:48 İdman

NHL bəzi regional idman yayım şəbəkələrinin maliyyə problemləri fonunda “NHL Productions” adlı yeni istehsal şirkəti yaratdığını açıqlayıb.

TodayPress TV Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni qurum dörd klubun, o cümlədən “Columbus Blue Jackets” komandasının oyunlarının yerli televiziya yayımlarının hazırlanmasına cavabdeh olacaq. 

Qərar “FanDuel Sports Network” kimi regional yayım şəbəkələrinin müflis olması səbəbindən qəbul edilib.

Liqanın məlumatına görə, bu addım dəyişən media mühitinə uyğunlaşmaq və azarkeşlər üçün oyunların fasiləsiz yayımlanmasını təmin etmək məqsədi daşıyır. 

İndiyədək NHL də daxil olmaqla bir sıra idman liqalarının yerli yayımları regional idman kanallarından asılı idi. Həmin şəbəkələrin maliyyə çətinlikləri və sonrakı müflisliyi liqaları yeni həll yolları axtarmağa vadar edib.

NHL hesab edir ki, “NHL Productions” sayəsində yayımların keyfiyyəti və əlçatanlığı üzərində daha böyük nəzarət mümkün olacaq. Bundan əlavə, yeni şirkət liqaya media məzmununun kommersiyalaşdırılması istiqamətində əlavə imkanlar yaradacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bütün Xəbərlər