Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
06.08.2026 12:43 Hadisə

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb.

TodayPress TV Yeni Sabah-a istinadən xəbər verir ki, adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur.

O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT) mütəxəssisidir. Bunu 10 il ərzində öz üzərində çalışaraq öyrəndiyini bildirib.

S.Yəhyazadə 2008-ci ildən ABŞ-də yaşayır. “Azeroo” şirkətinin rəhbəri olub.

Samir Yəhyazadə xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri və tanınmış aparıcı Nigar Fərhadın əri daha çox ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar IT mütəxəssisi və proqramçı kimi tanınır. Lakin Azərbaycandakı “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində təmsil olunub.

Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn çoxsaylı şikayətlər və dələduzluq iddialarından sonra hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmir.

Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi 13:24 “Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? 12:43 Sibiha Azərbaycana başsağlığı verdi 12:32 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:13 Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar 12:04 Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Bütün Xəbərlər