Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı!
Madridin “Real” klubu 20 yaşlı hücumçusu Xakobo Orteqanı Fransanın “Strasburq” komandasına 10 milyon avroya satıb.
TodayPress TV xəbər verir ki, bu transfer əsas komandada heç bir matç keçirməyən “Real” yetirməsinin satışı üzrə klub tarixində rekord məbləğ hesab olunur.
“Kral klubu” eyni zamanda futbolçunun hüquqlarının 30 faizini özündə saxlayıb. “Strasburq” əvvəlcə oyunçunun hüquqlarının yarısı üçün 8 milyon avro təklif etmişdi.
Orteqa 2018-ci ildə, 12 yaşında “Real”ın akademiyasına qoşulub və klubun müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib. O, ümumilikdə 8 mövsüm “Real”ın sistemində olub.
Qeyd edək ki, “Real” mövsümöncəsi hazırlıq çərçivəsində son oyununda Almaniyanın “Şalke-04” klubunu 3:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisi yeni mövsümə avqustun 22-də “Espanyol”la qarşılaşma ilə başlayacaq.
Namiq HUN
TodayPress TV