Naxçıvan regional “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı

Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı
13.10.2025 10:26

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi  partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın banisi, Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında və dövlətçiliyin möhkəmlənməsindəki tarixi xidmətlərini qeyd edib. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu möhkəm təməl üzərində ölkəmizi yeni uğurlara aparır.  O,  YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdırıb və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli  vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP dahi liderin milli dövlətçilik ideyalarına sadiq qalaraq onların həyata keçirilməsini ardıcıl şəkildə təmin edib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Azərbaycan, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dinamik inkişaf və tərəqqi yolu keçib. 

Tədbirdə təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının sədri və müavini seçilib.

TodayPress TV

FOTOLAR

Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı — 1
Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı — 2
Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı — 3
Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı — 4
Naxçıvan regional  “ASAN xidmət” mərkəzində YAP ərazi partiya təşkilatı yaradıldı — 5
XƏBƏR LENTİ
31 IYUL 2026
Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Bütün Xəbərlər