İşğaldan azad olunmuş ərazilərə qayıdan şəxslər arasında sorğu keçirilir

İşğaldan azad olunmuş ərazilərə qayıdan şəxslər arasında sorğu keçirilir
17.07.2025 16:28

Sosial Tədqiqatlar Mərkəzi Böyük Qayıdış prosesinin təşkilinin, o cümlədən davamlılığının qiymətləndirilməsi, qayıdan vətəndaşların məmnuniyyətinin ölçülməsi məqsədilə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə tədqiqat həyata keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib. 

“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində azad olunan torpaqlarda məskunlaşdırılan vətəndaşlar arasında dayanıqlılıq və məmnuniyyət” adlı tədqiqat layihəsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 1100 nəfərlə ictimai rəy sorğusu aparılır. Hazırda davam edən sorğu qayıdışın reallaşdığı əraziləri, o cümlədən Ağdam rayonu (Sarıcallı və Kəngərli kəndləri), Ağdərə rayonu (Həsənriz və Suqovuşan kəndləri), Füzuli şəhəri, Şuşa şəhəri, Xocalı rayonu (Xocalı şəhəri və Ballıca kəndi), Tərtər rayonu (Talış kəndi), Laçın rayonu (Laçın şəhəri, Zabux və Sus kəndləri), Zəngilan rayonu (Ağalı kəndi) və Cəbrayıl şəhərini əhatə edir. Artıq pilot sorğu, həmçinin tədqiqata keyfiyyət təhlilini əlavə etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin məsul şəxsləri ilə müsahibələr aparılıb.

İctimai rəy sorğusu sakinlərin qayıtdıqları ərazilərə nə dərəcədə uyğunlaşdıqlarını, yaradılan infrastruktur və xidmətlərdən nə dərəcədə faydalana bildiklərini, yaşadıqları ərazidə hər hansı çatışmazlıqların olub-olmadığını, davamlı, qalıcı məskunlaşma üçün vacib amilləri,  asudə vaxtın təşkili üçün mövcud imkanları, təhlükəsizlik səviyyəsini, məşğulluq imkanlarını, verilən dövlət imtiyazlarından faydalana bilib-bilmədiklərini müəyyən etməyi nəzərdə tutur. Tədqiqat yekunlaşdıqdan sonra nəticələr geniş hesabat halında ictimaiyyətə təqdim ediləcək.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər