Viza rejiminin bərpası ikitərəfli münasibətlərə necə təsir edəcək? - RƏY

Viza rejiminin bərpası ikitərəfli münasibətlərə necə təsir edəcək? - RƏY
31.12.2025 11:41 Siyasət

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. 

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, uzun müddət  Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edib. 

Hazırda Monteneqro hökumətinin qərarına əsasən 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq.

Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib.

Məlumdur ki, son zamanlarda iş üçün Monteneqroya gedən azərbaycanlıların sayı artmaqda idi. Maraqlıdır, bu qərar onlara necə təsir edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Kamran Sultanlı bildirib ki, Monteneqronun Azərbaycan vətəndaşları üçün viza rejimini bərpa etməsi təkcə texniki qərar deyil, daha geniş geosiyasi və institusional proseslərin tərkib hissəsidir:


“Bu addımın əsas səbəbini yalnız miqrasiya amili ilə izah etmək doğru olmaz. Söhbət Monteneqronun Avropa İttifaqına üzvlük yolunda viza siyasətini Avropa standartlarına uyğunlaşdırmasından gedir. Yəni qərar daha çox institusional və strateji xarakter daşıyır”.

Ekspert xatırladıb ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər uzun illərdir yüksək səviyyədə inkişaf edir və xüsusilə iqtisadi əməkdaşlıq diqqət çəkir:

“Azərbaycanın Monteneqroda reallaşdırdığı “Portonovi” kimi iri layihələr bu münasibətlərin real göstəricisidir. Bundan əlavə, logistika və energetika sahələrində də tərəflər arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu baxımdan viza rejiminin bərpası ikitərəfli münasibətlərin zəifləməsi kimi qiymətləndirilməməlidir”.

Kamran Sultanlı qeyd edib ki, viza baryeri turizm və işgüzar səfərlərə qısamüddətli təsir göstərə bilər:

“Xüsusilə iş məqsədilə Monteneqroya gedən azərbaycanlılar bu qərarın təsirini daha çox hiss edəcəklər. Soydaşlarımız əsasən mövsümi turizm dövründə bu ölkəyə səfər edirdilər. Lakin burada məqsəd konkret ölkələrə qarşı ayrı-seçkilik deyil. Bu, ümumi Avropa tendensiyasıdır. Hətta Azərbaycanın yaxın tərəfdaşları olan Polşa və Macarıstan kimi ölkələr də hazırda viza prosedurlarını sərtləşdirirlər. Bunun səbəbi Avropada dərinləşən sosial problemlər və miqrasiya ilə bağlı ictimai narazılıqlardır”.

Analitik vurğulayıb ki, Monteneqronun azərbaycanlılar üçün son illərdə cəlbedici olmasının əsas səbəblərindən biri yaşayış icazəsi və biznes qurmaq imkanlarının nisbətən asan olması idi:

“Əvvəllər vətəndaşlarımız Monteneqroya gedərək yerində iş axtara, şirkət qura və sənədləşmə prosesinə başlaya bilirdilərsə, indi bu mərhələ Azərbaycandan çıxmadan həyata keçirilməlidir. Viza üçün artıq iş müqaviləsi və ya ciddi hüquqi əsaslar tələb olunacaq. Qərarın əsas hədəfi də məhz budur”.

K.Sultanlı əlavə edib ki, viza rejiminin tətbiqi Monteneqro hökumətinə nəzarəti sərhəddə deyil, konsulluq səviyyəsində həyata keçirməyə imkan verəcək:

“Bu, “turist” adı ilə gedib orada qalmağa çalışan şəxslərin qarşısını almağa yönəlib. Digər tərəfdən, 2028-ci ildə Avropa İttifaqına üzv olmaq hədəfi qoyan Monteneqro bu cür sərtləşmələri onsuz da tətbiq etməli idi. Bu, onun Aİ qarşısında gələcək öhdəliklərindən irəli gəlir və indiki qərar həmin üzvlüyə ilkin hazırlıq kimi qiymətləndirilə bilər”.

Ekspert hesab edir ki, Azərbaycanın praqmatik xarici siyasəti bu qərara anlayışla yanaşılmasını şərtləndirir:

“Rəsmi Bakı bu prosesi emosional deyil, rasional yanaşma ilə dəyərləndirəcək və bunu Avropada gedən ümumi institusional dəyişikliklərin bir hissəsi kimi qəbul edəcək”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Xamenei haradadır? - MKİ və MOSSAD Xameneinin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Bütün Xəbərlər