Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ

Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ
02.02.2026 11:39

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini başa çatdıranadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Bu imkanın bəzi gənclər tərəfindən hərbi xidmətdən yayınmaq üçün istifadə edilib-edilməməsi isə suallar yaradır.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qanunvericiliyin verdiyi bu hüquq bəzən yanlış şərh olunur və bütün doktorantları eyni mövqedə göstərmək düzgün deyil.


Onun sözlərinə görə, bəzi hallarda bu imkandan sui-istifadə edənlər olsa da, bunu bütün oğlan tələbələrə aid etmək olmaz: 

"Doktorantura təhsili alanların əhəmiyyətli hissəsi məhz elmi tədqiqat aparmaq, ixtisasları üzrə dərinləşmək və elmi fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirmək istəyən şəxslərdir. Onlar üçün əsas məqsəd hərbi xidmətdən yayınmaq yox, elmi işlərini yarımçıq qoymamaqdır. Hətta elə gənclər var ki, hərbi xidməti əvvəlcə keçib, daha sonra elmi fəaliyyətə qayıtmağı üstün tuturlar. Bu da göstərir ki, doktorantura seçimi hər zaman möhlət məsələsi ilə bağlı deyil".

Təhsil eksperti vurğulayıb ki, hər ali təhsil məzunu doktoranturaya maraq göstərmir. Bəziləri bakalavr təhsili ilə kifayətlənir, bəziləri magistraturanı bitirdikdən sonra təhsili davam etdirmir. Doktorantura isə daha çox elmi istiqamətdə marağı və məqsədi olan şəxslərin seçimidir: 

"Bəli, müəyyən sayda gənc doktorantura təhsilini hərbi xidmətdən yayınmaq üçün bir vasitə kimi görə bilər. Lakin bu hallar ümumi mənzərəni əks etdirmir və böyük əksəriyyət üçün doktorantura sırf elmi fəaliyyətlə bağlı şüurlu seçimdir. Doktorantlara verilən hərbi möhlət hüququnun mövcudluğu avtomatik olaraq onun “bəhanə yeri” kimi dəyərləndirilməsi anlamına gəlmir və məsələyə fərdi yanaşmaq daha düzgün olardı", - deyə Elçin Əfəndi fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər