BDU-nun tanınmış professoru vəfat etdi

BDU-nun tanınmış professoru vəfat etdi
19.07.2026 15:45 Elm və Təhsil

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. 204 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən Universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləyib. Əmrah Dadaşov 1981-ci ildən indiyədək Qədim dünya və orta əsrlər tarixi kafedrasında çalışıb, uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini olub. 1986-cı ildə “Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildə professor elmi adı alıb.

Görkəmli tarixçi 100-dən çox elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifi olub. Professor Əmrah Dadaşovun əsas tədqiqat sahəsi paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı idi. Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinə dair araşdırmalarında o, Şimali Azərbaycanın paleometal dövrü abidələri və Urmiyayanı bölgənin yaşayış məskənlərini tədqiq edib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Kondisioner alarkən diqqət etməli olduğunuz məqamlar 03:03 Kuboku qaldıra bilməyən Messi ağladı - VİDEO 02:54 Meyvəni belə yuyursunuzsa, səhv edirsiniz - XƏBƏRDARLIQ 02:48 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər qazsız qalacaq 03:11 Krım 90-cı illərə qayıtdı - Küçələrdə taksofon quraşdırıldı 01:27 İspaniya DÇ-2026-nın qalibi oldu 02:05 DÇ-2026: İspaniya - Argentina oyununda İLK QOL - VİDEO 23:07 Uilyamsın vurduğu qol sayılmadı - VİDEO 01:30 Odessada mülki gəmi vuruldu, itkin düşənlər var 00:44 Azərbaycan internet sürətinə görə qonşularını qabaqladı 23:55 Tramp dünya çempionatının finalını canlı izləyir - VİDEO 23:23 İsrailin final favoriti bəlli oldu 22:48 Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı 22:30 Hikmət Hacıyevin paylaşdığı film Gəncənin gizli qalan tarixini üzə çıxardı 22:10 Türkiyədən İsrailə İranla bağlı sərt XƏBƏRDARLIQ 21:56 Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu 21:46 Venesuelada ölənlərin sayı beş mini ötdü 21:36 İsrail Suriyaya yenidən girdi - Sərhəddə vəziyyət gərginləşdi 21:11 Messi 9-cu “Qızıl top”u ala bilər 20:18 İsrail çaxnaşır - Xamenei hər an hücum əmri verə bilər 20:31 Bakı üzərindən yeni hava marşrutu açıldı - Hər bazar günü reys olacaq 20:00 Qara dənizdəki hücumlar Qazaxıstanı hərəkətə keçirdi 19:48 Sumqayıtda 4 avtomobilin toqquşduğu qəzanın GÖRÜNTÜLƏRİ 19:19 Yeniyetmənin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI 19:10 İsrail İranı daha böyük güclə vurmaqla hədələdi 18:47 Bütün Xəbərlər