Sabiq rəisin cinayət işi məhkəmə baxışına verildi

Sabiq rəisin cinayət işi məhkəmə baxışına verildi
04.02.2026 15:02

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş qismində Müdafiə Nazirliyi tanınıb.

Təqsirləndirlilən şəxsin vəkili Orxan Hacıyev Kütləvi İnformasiya Vasitələrinin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulmasını istəyib. Bildirib ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ailə və peşə sirləri ilə bağlı məlumatlar var, bunun yayılmasını istəmirlər.

Təqsirləndirilən şəxs də vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı bildirib ki, məhkəmə iclası açıq keçirilir, istənilən şəxs iclaslarda iştirak edə bilər.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, gələcəkdə bu məsələyə yenidən baxıla bilər.

Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və məhkəmə istintaqında araşdırılmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası fevralın 18-ə təyin olunub.

Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

(APA)

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Bütün Xəbərlər