4 milyon manatını ələ keçirən dəstə ilə bağlı ittiham aktı elan olundu

4 milyon manatını ələ keçirən dəstə ilə bağlı ittiham aktı elan olundu
26.12.2025 11:12

Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavid Hüseynlinin vəkili məhkəməyə vəsatət verib.

Vəkil məhkəmə prosesinin media üçün qapalı keçirilməsini xahiş edib. O, iclasın açıq keçirilməsinin zərərçəkənlə barışıq prosesinə mane olduğunu bildirib.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri vəsatətlə razılaşıb. Dövlət ittihamçısı qərarı məhkəmənin mülahizəsinə buraxıb. Məhkəmə isə vəsatəti əsassız sayıb.

Daha sonra ittiham aktı elan edilib. İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmişdən tanışları vasitəsilə Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi, yerində çoxmərtəbəli binanın tikintisi üçün icazə alacaqlarına dair vəd veriblər. Bununla da, zərərçəkmişdən 4 milyon 19 min manat pul alıb, ona qarşı dələduzluq ediblər.

İttiham aktına münasibət bildirən təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli özlərini qismən, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanov isə ümumiyyətlə, təqsirli bilməyiblər.

Hakim təqsirləndirilən şəxslərə bildirib ki, məhkəmə istintaqı zamanı cinayət işi sübuta yetirilərsə, onları 10 ildən 14 ilədək həbs cəzas gözləyir.

Təqsirləndirlən Seymur Məhərrəmov ifadə verməyə hazır olmadığını bildirib.

Sonra təqsirləndirilən Cavid Hüseynli ifadə verib: “Biz qrup olmamışıq. İttihamda deyilir ki, əlbir olmuşuq, bu, belə deyil. Mənim əvvəl hüquq şirkətim olub. Quvat Beybutovla danışaraq sözügedən ərazidə tikinti işlərinin aparılması, oradakı həyət evlərinin sökülməsi və yerində bina tikilməsi ilə bağlı işlərin görülməsini üzərimə götürmüşdüm. Mənə dedilər ki, bu iş alınacaq, amma pul lazımdır. Mən işdən 510 min manat götürdüm. 213 min manatı Seymura verdim.

Sonradan iş alınmayanda biz bu işin taleyi ilə bağlı görüşdük. Ceyhun Əşrəfovu orada gördüm. Ona kimi onunla əlaqəm olmayıb. Bu görüş bir neçə dəfə müxtəlif məkanlarda baş tutdu".

Onun sözlərinə görə, Quvat Beybutov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. İş bir müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib: "İstintaq bizə ziyanın ödənilməsi üçün 2 ay vaxt verdi. Seymur pulu ödəyəcəyini desə də, ödəmədi və biz 17 oktyabrda Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edildik. Ümumilikdə mən 2 milyon 148 min manat, Seymur 1 milyon 152 min manat, Ceyhun 500 min manat, Rüstəm isə 220 min manat ziyan vurmaqda ittiham edilirik".

Cavid Hüseynli bildirib ki, ziyandan ümumilikdə 927 min manatı ödəyib. Həmin pulun bir qismini (100 min bir dəfə, 177 min bir dəfə) istintaq dövründə, qalan 650 mini sonra ödəyib. Yerdə qalan 1 milyon 148 min manatı növbəti prosesədək ödəyəcək.

Həmçinin qeyd edib ki, onun Quvad Beybutova qarşı dələduzluq niyyəti olmayıb və zərərçəkən verdiyi pulu da girov qarşılığında verib: “Mənim babamdan qalan qırmızı 72 karatlıq yaqut daşım var idi. Pul qarşılığında Quvat məndən girov istədi. Mən onun təklifi ilə razılaşdım. Söhbətimizdən bir müddət sonra görüşdük, girov kimi daşı verdim. Daşın da sertifikatı var və bazar dəyəri 5 milyon dollardan çoxdur. Həmin girovu Quvat mənə qaytarıb. Şikayət ediləndən sonra həmin daşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vermişəm. Üç gün sonra o daş mənə qaytarılıb.

Quvatdan 3 milyon 330 min manat pul götürmüşəm. Bunu əks etdirən çeklər də var. 1 milyon 152 min manatı Seymura vermişəm. Qalan pulu özümə götürüb şəxsi ehtiyaclarıma xərcləmişəm”.

Daha sonra Ceyhun Əşrəfovun vəkili Nail İbadov vəsatət verərək bildirib ki, müvəkkili zərəri ödədiyi üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, lakin Ceyhunun səhhətində problemlər var: "O, müəyyən edilmiş vaxt ərzidə evdə olmalı olduğu üçün səhhətindəki problemi həll edə bilmir. Həmçinin federasiya prezidenti (Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF)-red.) olduğu üçün idman tədbirinə qatılmalıdır".

Vəkil müvəkkili barəsində ev dustaqlığının polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Müşavirədən sonra hakim heyəti vəsatətin təmin edilməsi barədə qərarı elan edib. Təqsirləndirilən Ceyhun Əşrəfov barəsində olan ev dustaqlığı polis nəzarəti altına vetmə qətimkan tədbiri ilə əvəzlənib. Lakin onun ölkədən çıxışına qoyulan qadağa qüvvədə saxlanılıb.

Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.

Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentidir. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Ötən prosesdə də təqsirləndirilən Cavid Hüseynli ziyanın bir qismini ödədiyi üçün məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustalığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxslərə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər