Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
19.08.2026 13:00

Azərbaycanın rayonlarında avqustun 20-də yağışlı hava gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Bütün Xəbərlər