Valideynlər diqqət etsin: Bağçalarda uşaqların qidalanmasına xüsusi nəzarət tələb olunur

Valideynlər diqqət etsin: Bağçalarda uşaqların qidalanmasına xüsusi nəzarət tələb olunur
20.10.2025 12:44

Bağçalarda uşaqlara verilən qidaların keyfiyyəti və tərkibi valideynlərin ən çox narahat olduğu mövzulardandır. 

Maraqlıdır, bəs bağçalarda uşaqların qidaları necə hazırlanmalıdır?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, bu məsələ uşaqların sağlam inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və mütəmadi nəzarət tələb edir.

Onun sözlərinə görə, bağçalarda və məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması həm müəssisə rəhbərliyi, həm də aidiyyəti dövlət orqanları tərəfindən davamlı olaraq nəzarətdə saxlanılmalıdır:

"Yaxşı olar ki, yeməklər uşaqlara təqdim olunan menyular üzrə əvvəlcədən tərtib olunmuş normalara əsaslansın. Qidalanma tələbləri müxtəlif yaş qruplarına uyğun olaraq vitamin və mineral balansını təmin edəcək şəkildə, təbii və təzə ərzaqlardan hazırlanmalıdır".

Ekspert əlavə edib ki, özəl və dövlət bağçalarında yeməklərin təqdim olunma forması fərqli ola bilər, lakin hər iki halda uşaqların böyüməsi və inkişafı üçün lazım olan qida balansı qorunmalıdır.

"Qidalanmanın düzgün və balanslı şəkildə təşkilinə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən nəzarət həyata keçirilməlidir. Bağçalarda qidaları hazırlayan personalın da mütəmadi tibbi müayinədən keçməsi təmin olunmalıdır", - deyə Məhsəti Hüseynova fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Valideynlər diqqət etsin: Bağçalarda uşaqların qidalanmasına xüsusi nəzarət tələb olunur — 1
XƏBƏR LENTİ
20 IYUN 2026
SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər 15:53 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Britaniya Ukrayna üçün yeni uzaqmənzilli raketlər hazırlayır 14:52 Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir 14:45 MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib 14:40 Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı 14:21 Pentaqon məktəbə endirilən zərbəni araşdırır 13:58 Füzulidə faciə: 5 yaşlı yeniyetmə su kanalında boğuldu 13:56 "Sabah" yeni transferini açıqladı 13:47 AZAL Qazaxıstanın daha iki şəhərindən Bakıya reys açacaq 13:36 Boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı məlum oldu - RƏSMİ 13:34 Bütün Xəbərlər