Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR?

Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR?
20.06.2026 17:00 Dünya

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa Prezidenti Karol Navrotskinin tarixi mübahisə fonunda Ukrayna lideri Volodimir Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etməsindən sonra Polşa dövlət mükafatından imtina etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Varşavanın qərarına səbəb Zelenskinin bölmələrdən birinin adını dəyişdirərək ona Polşada polyakların kütləvi qətllərində ittiham olunan İkinci Dünya müharibəsi dövrünün ukraynalı üsyançılarının adını verməsi olub.

Buna cavab olaraq K.Budanov ötən il aldığı Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Qızıl Zabit xaçından imtina etdiyini bildirib və Polşa tərəfinin qərarını Rusiya üçün "hədiyyə" adlandırıb.

"Xalqlarımızın həm qəhrəmanlıq, həm də faciəvi səhifələri özündə birləşdirən ortaq bir tarixi var. Ancaq bu, siyasi spekulyasiyaların yox, dərindən anlamanın mövzusu olmalıdır", - o, sosial şəbəkədə yazıb.

Polşa Prezidenti iyunun 19-da Zelenskini Polşanın ən ali dövlət mükafatı - "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib. Buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi haqqında fərmanı olub.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa Prezidentinin qərarını "strateji səhv" adlandırıb. Polşanın Baş naziri Donald Tusk isə tərəfləri təmkinli olmağa çağırıb. K.Navrotskinin qərarı ilə əlaqədar olaraq, A.Sibiqa və Ukraynanın bu ölkədəki səfiri Vasili Bodnar Polşanın dövlət mükafatlarından imtina ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Vens İranla danışıqlar üçün yaxın günlərdə İsveçrəyə səfər edəcək 18:25 İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəldi 14:54 Bütün Xəbərlər