Tramp artıq Meloni ilə dostluq etməyəcəək

Tramp artıq Meloni ilə dostluq etməyəcəək
20.06.2026 16:30 Dünya

ABŞ Prezidenti Donald Tramp artıq İtaliya Baş naziri Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İtaliyanın Baş naziri Fransada G-7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib.

ABŞ Prezidenti qeyd edib ki, Meloninin İtaliyada populyarlığı azalır: “Bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində İtaliyanı səmimi qəlbdən sevən və qoruyan Amerika Birləşmiş Ştatlarından (yeri gəlmişkən, NATO-dan da!) imtina etdi. O, hətta bizə İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi ki, bu da ABŞ-ın İtaliyanı və digər NATO müttəfiqlərini müdafiə etmək üçün hər il yüz milyardlarla dollar xərcləməsinə baxmayaraq, böyük logistika narahatlığı yaradır. İndi isə, ABŞ-ın İran üzərində hərbi qələbəsindən sonra, o, “sayı artırmaq” üçün yenidən dostlar qazanmaq istəyir. Xeyr, təşəkkürlər!”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.

“O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, - Tramp bildirib.

Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.

“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı 23:37 Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı 23:20 "İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian  23:13 Çin nüvə zərbəsi endirə bilən təyyarəni nümayiş etdirdi - VİDEO 23:03 İnsan sayı azalsa, nə baş verəcək? - Alimlərdən mübahisəli proqnozlar 22:57 Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu? 22:48 Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI 21:23 Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var 21:10 Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi 21:05 Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi” 20:51 Üç il gizli qalan faciə: Qəzzada 112 nəfərin qalıqları tapıldı 20:38 Trampdan İrana XƏBƏRDARLIQ: Bu gün Hörmüz boğazı açılmasa… 20:24 Ər-Riyad qorxuya düşdü: Husilərlə müharibədən yayınmaq üçün gizli hərəkətə keçdi 20:15 Bütün Xəbərlər