Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi

Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi
17.07.2025 14:30 Cəmiyyət

Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən 2025-ci il üçün təsdiqlənmiş Təlimlər planına əsasən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində vərəmlə mübarizə, həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi və tənəffüs yolu infeksiyalarının qarşısının alınması məqsədilə bir sıra təlimlər təşkil olunub.

TodayPress TV xəbər verir ki, tibb baş idarəsinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilən təlimlərin əsas məqsədi penitensiar müəssisələrdə tibb və qeyri-tibb sahəsində çalışan əməkdaşların yoluxucu xəstəliklər haqqında bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

May və iyun aylarını əhatə edən təlimlər “Şəxsi heyət arasında vərəm və kəskin respirator infeksiyaların yayılmasına qarşı profilaktik tədbirlər”, “Azərbaycanın penitensiar müəssisələrində vərəmin diaqnostikası, müalicəsi və profilaktikasında orta tibb işçilərinin rolu”, “Qısaldılmış müalicə rejimlərinin tətbiqi dövründə həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi. ÜST-ün Rifampisinə davamlı vərəmin müalicəsinə dair yeni yanaşmaları”, “Penitensiar müəssisələrdə tənəffüs orqanlarının kəskin respirator xəstəlikləri və vərəm infeksiyasının yayılmasına qarşı həyata keçirilən infeksion nəzarət tədbirləri” mövzularını əhatə edib.

Təlimlərə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayı Tibb-sanitar hissəsinin əməkdaşları, İMM-nin tibb xidmətinin həkimləri və orta tibb işçiləri, TƏBİB və Səhiyyə Nazirliyinin əməkdaşları, penitensiar müəssisələrin nəzarətçiləri, feldşer və ftiziatr ixtisaslı əməkdaşları daxil olmaqla, 70-dən çox iştirakçı qatılıb.

Təlimçi qismində ÜST ilə Əməkdaşlıq Mərkəzinin müəllim heyəti ilə yanaşı ƏN TBİ-nin mütəxəssisləri, ÜST Avropa bürosunun eksperti, ÜST Ölkə ofisinin mütəxəssisi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi çıxış ediblər.

Silsilə təlimlər  “Penitensiar müəssisələrdə İİV/Vərəm infeksiyalarının idarə olunması və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər. Zərərin azaldılması proqramının əhəmiyyəti” mövzusunda təlimlə yekunlaşıb. Sonuncu ikigünlük təlim penitensiar müəssisələrdə yoluxucu xəstəliklərin effektiv idarə olunması və tibb heyətinin peşəkarlığının artırılması məqsədilə tibb sanitar hissələrinin həkimləri üçün təşkil edilib.

FOTOLAR

Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi — 1
Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi — 2
Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi — 3
Ədliyyə Nazirliyində vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirildi — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 Bütün Xəbərlər