Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı

Azərbaycan və Koreya arasında keçirilən danışıqların detalları açıqlandı
20.06.2026 14:10 Xarici siyasət

Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu barədə “X”də paylaşım edib.

“Azərbaycan və Koreya Respublikası arasında keçirilən növbəti siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Çonq Eui-hae ilə birlikdə həmsədrlik etməkdən məmnun oldum.

Müzakirələrdə rəqəmsal transformasiya və innovasiyadan tutmuş təhsil, enerji və nəqliyyat və logistikaya qədər ikitərəfli əməkdaşlığın artan əhatə dairəsini vurğuladı.

Azərbaycan və Koreya bir çox sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək. Müntəzəm siyasi dialoq yeni imkanların müəyyənləşdirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olaraq qalır”, - nazir müavini əlavə edib.

Qeyd edək ki, 17 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 Bütün Xəbərlər