Təhsil, tibb və sosial sahədə normalar ARTIRILDI: Daha hansı artımlar gözlənilir?

Təhsil, tibb və sosial sahədə normalar ARTIRILDI: Daha hansı artımlar gözlənilir?
28.10.2025 11:22

“Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanuna təsdiqlədiyi dəyişikliklərə uyğun olaraq, Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslər üçün yeni qida normalarını müəyyənləşdirib. Yeni qərara əsasən, tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları, eləcə də sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün orta sutkalıq qida normaları təsdiqlənib”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, dəyişikliklərə qədər sosial sahəyə aid müəssisələr üçün belə normaların təsdiqi qanunvericilikdə nəzərdə tutulmurdu və bu həmin müəssisələrin institusional imkanlarını məhdudlaşdırırdı:

“Yeni qərar bu boşluğu aradan qaldırdı. Artıq sosial sahəyə aid müəssisələrdə də qida normalarının təsdiqi ilə bu istiqamətdə vahid mexanizm formalaşdırılıb. Bu, dövlətin sosial siyasətinin daha səmərəli icrasına imkan verəcək”.

Parlamentari bildirib ki, yeni normalar tibb, təhsil və sosial müəssisələrə dövlət büdcəsindən daha çox vəsait ayrılmasını təmin edəcək:

“Yeni təsdiq edilən qida normaları dövlət büdcəsində bu sahələrə ayrılan vəsaitin artmasına səbəb olacaq. Bu isə həmin müəssisələrin fəaliyyətinin səmərəliliyini və sosial təminat səviyyəsini yüksəldəcək”.

Deputat qeyd edib ki, qərar müasir iqtisadi çağırışlar və xərclər nəzərə alınmaqla hazırlanıb:

“Yeni normalar vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək. Müəssisələrdə xidmət alan vətəndaşlar üçün daha keyfiyyətli qida təminatı formalaşacaq, bu da xidmətin ümumi keyfiyyətinin artmasına gətirib çıxaracaq”.

Vüqar Bayramov hesab edir ki, bu qərar dövlətin sosial siyasətində mühüm mərhələ olacaq və sosial təminat sisteminin dayanıqlığını gücləndirəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Suriyada qaz boru kəmərində PARTLAYIŞ 02:17 Tramp Kanada ilə ticarət müharibəsində geri addım atır? - DETALLAR 02:08 Netanyahudan Suriyaya XƏBƏRDARLIQ- Türkiyə qoşunları narahatlıq yaratdı 01:47 Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Bütün Xəbərlər