"O, haqqımızı yeyib" - Nazirlik ilə gənclər arasında nə baş verir? – VİDEO

"O, haqqımızı yeyib" - Nazirlik ilə gənclər arasında nə baş verir? – VİDEO
10.12.2025 12:22

2014-cü ildən bəri intellektual oyunların aktiv iştirakçısı olan jurnalist Adil Nəhmətli Azərbaycanda intellektual oyunlar sahəsində fəaliyyət göstərən gənclərin son aylarda problemlərlə üzləşdiyini iddia edir. 

O, bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, gənclər illərdir müxtəlif ensiklopedik bilgilərə sahib komandalarda birləşərək turnirlər təşkil edir, ölkə miqyasında keçirilən yarışlarda iştirak edirlər.

Bu tədbirlərin çoxu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutur. Lakin son dövrlərdə bu sahədə süni maneələr yaradılır:  

"Bu müddət ərzində aktiv fəaliyyət göstərdiyim Xəzər İntellektual Gənclər Klubunun hazırkı sədri Azad Manaflı tərəfindən haqqımız kəsildi. Bu vəziyyət bizə ciddi zərbə vurdu və nəticədə klubdan ayrılmağa qərar verdim. Azad Manaflıya da bildirdim ki, bu cür davranışlar narazılıqlara səbəb olacaq.

Gənclər bilik mübadiləsini sərbəst və maneəsiz mühitdə həyata keçirmək istəyirlər. Heç bir təzyiqin olmadığı şəffaf şəraitdə intellektual sahədə müəyyən qazanc əldə edən insanlar var və bu, tamamilə mümkündür. Bizim isə böyük qazanc gözləntimiz olmayıb. Əsas məqsədimiz tədbirlərin təşkili ilə yanaşı öz biliklərimizi inkişaf etdirməkdir, yoxsa oradan böyük gəlir götürmək niyyətimiz yoxdur".

Müsahibimiz iddia edir ki, indiki rəhbərlik intellektual oyunlardan uzaq olduğu üçün gənclərin maraqlarını qorumur və bu da fikir ayrılıqlarını dərinləşdirir. Onun sözlərinə görə, bununla yanaşı, Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı onların təşkil etdiyi turnirlərin keçirildiyi məkanlara məktublar göndərərək iştirakçılar barəsində əsassız ittihamlar səsləndirib: 

"Son dövrlərdə əsas tələbimiz klubun sədrinin dəyişdirilməsi idi. Bildiyiniz kimi, klubun bir neçə təsisçisi var və biz bu məsələni onlarla görüşlərdə dəfələrlə qaldırmışıq. Lakin hələlik heç bir nəticə əldə olunmayıb.

Son zamanlar Azad Manaflı təşkil etdiyimiz turnirlərə, universitetlərdə və digər məkanlarda keçirdiyimiz tədbirlərə məktublar göndərərək haqqımızda əsassız iddialar irəli sürür. O, bizi separatçılıqda, oğru aləmini təbliğ etməkdə və digər əsası olmayan fəaliyyətlərdə ittiham edir. 

Bu gərginlik səbəbindən hazırda Azərbaycanda intellektual tədbirlərin sayı xeyli azalıb. Çünki biz harada tədbir təşkil ediriksə, klubun sədri həmin yerə məktub göndərərək prosesə mane olur".

Bu vəziyyət gənclərin gənclər və idman naziri Fərid Qayıbova açıq məktub göndərməsinə səbəb olub. Ancaq müsahibimizin sözlərinə görə, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb. 

"Səbr kasamızın daşdığı bir mərhələdə biz gənclər və idman naziri Fərid Qayıbova açıq məktub ünvanladıq və bir xeyli reaksiya aldıq. Lakin təəssüf ki, Gənclər və İdman Nazirliyində bu istiqamətdə hər hansı bir araşdırma və ya iş aparılmır. Ümumiyyətlə, son dövrlərdə Azad Manaflının bəzi qayda pozuntularına cəhd etdiyini də biz müşahidə etmişik. Məsələn, Gənclər Fondunun qrant müsabiqəsinə qalib olmuş "Azərbaycan Kuboku" layihəsi üçün o, 90 manat iştirak haqqı təyin etmişdi. Halbuki qrant layihəsi olduğundan bütün xərclər əvvəldən qarşılanmışdı. Biz də ona xəbərdarlıq etdik ki, qrant layihəsi üçün iştirak haqqı tətbiq etmək və əlavə gəlir əldə etməyə çalışmaq qanunsuzdur".

Jurnalist bildirib ki, onlar Gənclər və İdman Nazirliyinin məsələyə müdaxilə etməsini və yaranmış vəziyyətin araşdırılmasını tələb edirlər.

Qeyd edək ki, mövzu ilə bağlı Gənclər və İdman Nazirliyinə sorğu ünvaladıq. Qurumdan bildirildi ki, məsələ onların səlahiyyət dairəsinə aid deyil.

Mövzunu diqqətdə saxlayacağıq. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bütün Xəbərlər