Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar

Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar
01.07.2026 12:20

Jurnalist Elman Abbasov paytaxtın Nərimanov parkında fəaliyyət göstərən "İstanbul Çay Evi"ndə qarşılaşdığı vəziyyətlə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.


TodayPress TV-nin məlumatına görə, o iddia edib ki, menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, müəssisə yalnız çay sifarişini qəbul etmir və müştəridən əlavə məhsul almağı tələb edir.

Jurnalistin sözlərinə görə, onlar yalnız çay sifariş etmək istəsələr də, bu mümkün olmayıb:

"Bu gün Nərimanov parkında fəaliyyət göstərən İstanbul çay evində xoşagəlməz vəziyyətlə qarşılaşdıq. Menyuda sadə çayın qiyməti 6 manat göstərilsə də, yalnız çay sifariş etmək istəyəndə əməkdaşlar bunun mümkün olmadığını bildirdilər. Dedilər ki, mütləq 8 manatlıq mürəbbə, 8 manatlıq Snickers və ya başqa əlavə məhsul sifariş edilməlidir. Əks halda, sadə çay təqdim edilmir. Səbəb kimi isə cəmi bir cümlə dedilər: "Bizdə qayda belədir". Əlavə məhsul almaq istəmədiklərini desələr də, əməkdaşlar sadə çay verməkdən imtina ediblər".

O bildirib ki, narazılıq doğuran əsas məqam bu "qayda"nın əvvəlcədən müştərilərə bildirilməməsidir:

"Ən maraqlısı isə odur ki, bu "qayda" nə girişdə, nə də menyuda göstərilib. Əgər 6 manatlıq sadə çay faktiki olaraq satılmırsa, niyə qiymət menyuda saxlanılır? Müştəri niyə yalnız masa arxasında əyləşəndən sonra məcburi əlavə sifariş tələbi ilə qarşılaşmalıdır?"

Jurnalist hesab edir ki, bu cür qiymət siyasəti ölkədəki gəlir səviyyəsi ilə də uyğun gəlmir.

"400-500 manat əməkhaqqı alan insanların yaşadığı ölkədə parkda bir sadə çay içmək üçün 6 manatlıq çayla yanaşı, məcburi şəkildə daha 8 manatlıq məhsul almaq tələb olunursa, yaxud yaxınlıqdakı "İskəndər" çay evində sadə çay minimum 22 manata satılırsa, bu, düşündürücü vəziyyətdir. Bir sual da yaranır: bu cür yüksək qiymətlərlə fəaliyyət göstərən obyektlər görəsən dövlətə aylıq nə qədər vergi ödəyirlər?"

Elman Abbasov əlavə edib ki, sözügedən çay evində qiymətləri əsaslandıracaq xüsusi xidmət və ya fərqli konsepsiya mövcud deyil.

"Onu da qeyd edim ki, orada nə xüsusi xidmət, nə də fərqli bir şey yoxdur. Sadə çay evidir".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 NATO Bakıda təlimlərə başladı: Ordunun intellektual elitası daha da möhkəmlənir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək 11:42 SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu 11:38 Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi 11:31 İlham Əliyev Somali Prezidentini təbrik etdi 11:28 Pekin böyük müharibəyə hazırlaşır? Rus və çinli hərbçilər gizli şəkildə... 11:21 Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? 11:05 Azərbaycanın neft gəlirləri azalmağa davam edir - SON RƏQƏMLƏR 10:55 Bütün Xəbərlər