Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik?

Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik?
01.07.2026 13:00 Hərbi

2020-ci ildə İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə beşinci nəsil müharibə strategiyasının ilk böyük sınağı kimi düşdü. Müharibədə Azərbaycanın formalaşdırdığı müasir pilotsuz uçuş aparatları (PUA) arsenalı Ermənistanın sovet dövründən qalma hava hücumundan müdafiə sistemlərini tamamilə iflic edərək havada mütləq və sarsıdıcı bir üstünlük təmin etdi. Müharibədən sonrakı dövrdə – xüsusilə 2021–2023-cü illərdə baş verən lokal toqquşmalarda, "Qisas" və antiterror əməliyyatlarında PUA-ların cərrahi dəqiqliklə həyata keçirdiyi zərbələr regional hərbi balansın hüdudlarını yenidən cızdı. Bu dövrdə PUA sistemləri demək olar ki, mövcud olmayan və ağır məğlubiyyətə uğrayan Ermənistan isə dərhal taktiki dərslər çıxarmağa məcbur oldu. Son illərin dinamikası göstərir ki, İrəvan həm xarici satınalmalar (xüsusilə Hindistan və Fransa ilə hərbi tərəfdaşlıq), həm də daxili istehsal cəhdləri ilə yeni PUA-lar əldə etməyə və bu sahədə asimmetrik boşluğu dolduracaq yeni bir sistem qurmağa çalışır.

Mövcud regional hərbi-siyasi dinamika və tərəflərin hərbi potensialı nəzərə alınmaqla, 2027-ci il üçün mümkün eskalasiya riskləri hansı ssenarilər üzrə inkişaf edə bilər?

Sözügedən mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışıb.


Ekspert bildirib ki, dünyanın bir çox ölkələri Azərbaycanın Vətən müharibəsində müasir texnologiyalardan, o cümlədən müxtəlif təyinatlı pilotsuz vasitələrdən istifadə təcrübəsini dərindən öyrənir. Digər tərəfdən müdafiə sənayesi şirkətləri də davam edən münaqişə və müharibə təcrübəsindən irəli gələrək öz məhsullarını daha da modernləşdirirlər.

O, qeyd edib ki, Ermənistan  Vətən müharibəsində məruz qaldığı itkilərin yerini doldurmağa çalışır və pilotsuz vasitələrin istehsalında müəyyən addımlar atır: 

"Bəzi vasitələri Ermənistanın özündə istehsal edir, bəzilərini isə başqa ölkələrdən idxal edir. Təbii ki, qısa bir müddətdə Ermənistan öz döyüş potensialını bərpa etmək imkanlarından məhrumdur. Lakin Vətən müharibəsindən sonrakı dövrdə itirilən potensialın bir qədər bərpa olunduğunu da deyə bilərik". 

Ədalət Verdiyev sonda vurğulayıb ki, buna baxmayaraq, heç bir halda Ermənistan mövcud potensialı ilə Azərbaycan ilə rəqabət aparmaq imkanına malik deyil:

"Nə 2027-ci ildə, nə də ondan sonrakı yaxın illərdə Ermənistanın Azərbaycana qarşı mübarizə aparmaq potensialı mövcud olmayacaq". 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 NATO Bakıda təlimlərə başladı: Ordunun intellektual elitası daha da möhkəmlənir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Bütün Xəbərlər