Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək

Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək
01.07.2026 11:42 Dünya

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu gün Ermənistana gözlənilən səfəri ölkə hakimiyyətindəki bəzi dairələrdə narahatlıq yaradıb. Erməni mətbuatında səfərin Moskvanın İrəvana qarşı yeni iqtisadi təzyiq addımları ilə nəticələnə biləcəyi barədə ehtimallar səsləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Məlumata görə, bir neçə ay əvvəl İrəvanda keçirilən Avropa forumu və Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərindən sonra Rusiya Ermənistanın bəzi məhsullarının ixracına məhdudiyyətlər tətbiq etmişdi. Bildirilir ki, həmin dövrdə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının bəzi üzvləri Avropa ilə yaxınlaşmanın Moskvanın sərt reaksiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Hazırda da hakimiyyət daxilində oxşar narahatlıqların olduğu qeyd olunur. Məlumata əsasən, bəzi siyasi dairələr Ursula fon der Lyayenin İrəvana səfərindən sonra Kremlin Ermənistana qarşı ikinci genişmiqyaslı iqtisadi sanksiyalar paketini gündəmə gətirə biləcəyini istisna etmirlər.

Qeyd olunur ki, iyulun 1-2-də baş tutacaq Avropa nümayəndə heyətinin səfərində Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos da iştirak edəcək. Səfər parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin mühüm qərarı ərəfəsində Baş nazir Nikol Paşinyana verilən siyasi dəstək mesajı kimi qiymətləndirilir.

Eyni zamanda vurğulanıb ki, Ermənistan rəhbərliyinin Qərblə münasibətləri dərinləşdirmək istiqamətində atdığı addımlar Kreml tərəfindən diqqətlə izlənilir. Ehtimallara görə, Moskva Cənubi Qafqazda təsir imkanlarını qorumaq məqsədilə iqtisadi rıçaqlardan istifadə edə bilər. Bununla belə, Rusiya tərəfi bununla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Məlumatda mümkün iqtisadi məhdudiyyətlərin ilk növbədə Ermənistanın sahibkarlarına, ixracatçılarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyi vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Nurlana Əliyeva vəfat etdi 13:45 Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir 13:38 AZAL bu istiqamət üzrə bilet satışına başladı 13:35 Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirdi 13:26 Sabah hava neçə dərəcə olacaq? 13:09 Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik? 12:58 800 illik monastır belə yandırıldı - VİDEO 12:51 Azərbaycanda sərin hava, Avropada isə rekord istilər - Ekoloq açıqladı: "Qitə nəhəng istixanaya çevrilib" 12:38 Nərimanovda biabırçılıq - Tanınmış jurnalistin başına oyun açdılar 12:18 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:07 Zelenski Belarusu geri çəkilməyə məcbur etdi - Lukaşenko Çinə şikayətə getmişdi? 11:53 Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi 11:48 Rusiya hərəkətə keçdi: Ermənistana zərbə endiriləcək 11:42 SON DƏQİQƏ! Çində güclü zəlzələ oldu 11:38 Prezident Kanadanın General-Qubernatorunu təbrik etdi 11:31 İlham Əliyev Somali Prezidentini təbrik etdi 11:28 Pekin böyük müharibəyə hazırlaşır? Rus və çinli hərbçilər gizli şəkildə... 11:21 Hava hücumundan müdafiə sistemləri yerləşdirildi, gərginlik artdı - Türkiyənin bölgəsində nə baş verir? 11:05 Azərbaycanın neft gəlirləri azalmağa davam edir - SON RƏQƏMLƏR 10:55 İyulun 2-də Yer kürəsini qara bulud bürüyəcək – Saatı belə açıqlandı 10:48 Nazirlər Kabinetindən qrant müsabiqələri ilə bağlı QƏRAR 10:40 Rusiya mülki əhaliyə qarşı dron hücumlarını davam etdirir - ÖLƏNLƏR VAR 10:32 Qlobal enerji birjalarında ucuzlaşma dalğası davam edir 10:20 Leyla Əliyeva Şəkidə - FOTO 10:10 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırıldı 09:56 Bütün Xəbərlər