Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..."

Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..."
22.06.2026 14:06

"Məktəblərdə pedaqoqlar üçün vahid geyim forması tətbiq edilməlidir".

Bunu TodayPress TV-yə açıqlamasında modelyer Şəlalə Maqsudova təklif edib.


Onun sözlərinə görə, müəllimlərin fərqli və sərbəst geyim tərzi bəzən tədris prosesinə mənfi təsir göstərə bilər və bu səbəbdən vahid, klassik üslublu forma daha məqsədəuyğundur:

"Müəllim geyimi həm peşəni tanıtdırmalı, həm də tədris mühitinə uyğun olmalıdır. Çox doğru bir məsələdir ki, müəllimlər hər dəfə fərqli üslublarda məktəbə gəlirlər. Əslində, müəllimlər üçün vahid geyim formasının olması çox gözəl olar. Çünki müəllimin geyimi, ilk növbədə, seçilməlidir. Müəllim geyimindən tanınmalıdır ki, onun müəllim olduğu bəlli olsun".

Modelyerin fikrincə, geyimdə klassik üslub əsas götürülməli, lakin rəng seçimləri yalnız ağ və qara ilə məhdudlaşdırılmamalıdır:

"Düşünürəm ki, klassik üslubda geyim daha uyğun və gözəl olar. Biz, təbii ki, klassika deyəndə ağ və qara rəngləri nəzərdə tuturuq. Ancaq mən yalnız ağ-qara rənglərlə məhdudlaşmağın tərəfdarı deyiləm. Belə ki, ağ rəng mütləq olmalıdır, lakin tünd göy, elektrik göyü və ya tünd qırmızı rəngləri də seçim kimi nəzərdən keçirilə bilər. Bu rənglər ağ rənglə kombinasiya oluna bilər".

O, həmçinin qeyd edib ki, hazırkı geyim müxtəlifliyi bəzən şagirdlərin diqqətini dərsdən yayındıra bilər:

"Bir məqamı da vurğulamaq istərdim ki, müəllimlərin fərqli üslublarda geyinməsi müəyyən problemlərə səbəb olur. Bəzən elə müəllimlər olur ki, həddindən artıq vulqar geyinirlər. Elə müəllimlər də var ki, çox sadə geyimə üstünlük verirlər. Vulqar geyinən müəllimlərin dərs zamanı şagirdlərin diqqətini dərsdən yayındıraraq onların müəllimin geyiminə yönəltməsi mümkündür".

Ş.Maqsudova vurğulayıb ki, aksesuarların həddindən artıq istifadəsi də dərs prosesinə təsir göstərə bilər:

"Hətta bəzi müəllimlər o qədər çox aksesuar taxırlar ki, mən buna özüm də şahid olmuşam. Belə hallarda şagirdlərin dərsə qulaq asmadığını, diqqətlərinin müəllimin geyimində və taxdığı aksessuarlarda olduğunu görmüşəm. Məktəblərdə vahid geyim forması şagirdlərdə olduğu kimi müəllimlər üçün də tətbiq edilməlidir. Bu geyim forması mövsümlərə uyğunlaşdırılmalıdır. Yəni müəllimlər üçün həm qış, həm də yay forması nəzərdə tutulmalıdır. Düşünürəm ki, bunun üçün xüsusi eskizlər hazırlanmalı, formaların dizaynı müəyyənləşdirilməli və sonra təqdim edilməlidir ki, müəllimlərin yay və qış geyim formalarının necə olacağı dəqiq şəkildə bəlli olsun", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Azərbaycan-İordaniya münasibətlərində yeni mərhələ: İordaniyalı spikerdən mühüm bəyanat 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 Bütün Xəbərlər