"Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI

"Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI
22.06.2026 12:20 Cəmiyyət

Son günlər sosial mediada Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli şəhidimiz Albert Aqarunov təhqir edilir, barəsində əsassız iddialar ortaya atılır.

TodayPress TV SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Milli Qəhrəmanımız haqqında təhqirlər yazan səhifələrə nəzər saldıqda bu resursların xaricdən idarə olunduğu məlum olur. 

Səhifənin fəaliyyətinə diqqət yetirdikdə isə görürük ki, açıq-aşkar İsrail, yəhudi düşmənçiliyi üzərində qurulub. Məsələn, həmin səhifələrdən biri profil şəklinə ABŞ, İsrail-İran müharibəsi zamanı həlak olmuş İranın sabiq Ali Rəhbəri Əli Xameneinin nəvəsinin fotosunu qoyub.

Bu şəxslərin əsassız iddialarına gəldikdə isə, onlar Albert Aqarunov və ailəsinin Birinci Qarabağ müharibəsi başlayan kimi Azərbaycandan Ukraynaya, oradan isə İsrailə köçdüyünü bildirirlər. İddiaya görə, Albert Aqarunov da iki dəfə Ukraynaya ailəsinin yanına gedib. Sonra isə guya "Qarabağ müharibəsində yəhudilər də döyüşüb" imitasiyasını yaratmaq üçün Azərbaycana qaydaraq həmin məşhur videonu çəkdirib. Guya Albert Aqarunovun Qarabağda döyüşdüyünə dair heç bir əsas, sübut yoxdur. Guya onu döyüşlərdə görən hərbçi yoxdur. Guya hətta Albert müharibəyə gedəndən 10 gün sonra şəhid olduğu xəbəri yayılıb.

Bu iddiaların əsassız, yalan olduğunu bilsək də, məsələyə nöqtə qoymaq üçün Milli Qəhrəmanımızın qardaşı, hazırda İsraildə yaşayan Rantik Aqarunovla əlaqə saxladıq.

Rantik Aqarunov SAVASHMEDİA.az-a açıqlamasında ailəsindən Azərbaycanı ilk tərk edənin özü olduğunu bildirib. O İsrailə 1995-ci ildə köçüb:


Fotoda Rantik Aqarunov

“Atam 1993-cü ildə Bakıda rəhmətə gedib. O, Albertin ilini verdikdən 10 gün sonra vəfat etdi. Mən 1995-ci ilə kimi orada yaşamışam. Biz Əmircanda yaşamışıq. İstəyən Əmircandakı evimizə gedib qonşularımızdan öyrənə bilər ki, biz neçənci ildə köçmüşük. Ailəmizdən İsrailə ilk gedən mən olmuşam, bu, 1995-ci ildə baş verib. Anam ömrünün sonunacan Azərbaycan vətəndaşı olub. Yaşlı qadın idi, xəstə idi, 2000-ci ildə onu mən müalicə üçün İsrailə gətirmişəm. İsraildə mənim evimdə qalıb. Hər il də Bakıya gedib qayıtmışıq. Bacılarım İsrailə 2003-cü ildə köçüblər. Nə Ukrayna? Biz Ukrayna tanımırıq! Biz İsrailə niyə Ukraynadan getməli idik ki? 1995-ci ildə birbaşa Bakı-Təl-Əviv reysi var idi".

R.Aqarunov Albert Aqarunovun şəhidlik xəbərini necə aldıqlarından da danışıb:

“İddia olunanın əksinə, Albert müharibədə olarkən evə iki dəfə yox, bircə dəfə gəlib. Onda da aprel ayı idi, ad günündən bir müddət əvvəl idi. Biz mayın 9-da bildik ki, Şuşanı işğal ediblər. Getdik Xalq Cəbhəsinin qərargahına. Dedilər ki, heç bir xəbər yoxdur. 2-3 saat sonra oradan bizə zəng etdilər. O vaxtlar mobil telefon yox idi. Ev telefonuna zəng etmişdilər. Dedilər ki, Xalq Cəbhəsinin Suraxanı rayon şöbəsinə gəlin. Getdik, bizə dedilər ki, Albert rəhmətə gedib. Soruşduq ki bəs nəşi haradadır? Dedilər ki, “Semaşko”ya aparacaqlar. Xalq Cəbhəsinin avtobusu ilə “Semaşko”ya getdik. Orada dedilər ki, 3-4 nəfər gətiriblər, ancaq adlarını bilmirlər. Girdik morqa, gördük ki, Albert oradadır”.

Milli Qəhrəmanımızın qardaşı onun döyüşdüyü müddət, onunla birgə döyüşən hərbçilər məsələlərinə də aydınlıq gətirib:

“O alçaqlar deyirlər ki, Albert döyüşə gedəndən 10 gün sonra şəhid olub. Halbuki, Albert dekabr ayından Şuşada döyüşüb. Onun komandiri Hacı Əzimov sağdır. Onunla tankda olan oğlanlar var. İki nəfərdirlər. Onlardan biri Ağababa Qasımovdur. İkisi də sağdır. Ayın 9-u ya 10-u idi, onlar Albertin sənədlərini Xalq Cəbhəsinə vermişdilər. Bizə Albertin şəhid olduğu xəbərini deyildiyi kimi evimizə gəlib verməmişdilər, bu xəbəri Xalq Cəbhəsinin Qərargahından zəng edərək bildirmişdilər”.

R.Aqarunov təhqir dolu paylaşımların ailəyə çox pis təsir etdiyini də deyib:

“O paylaşımları edən alçaq oturub İranda. Mən ona yazıram, məni də atıb bloka. O təhqir paylaşımlarının, paylaşımlarda olan təhqir rəylərinin hamısının kopyalarını götürmüşəm. Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib, onların cəzalandırılmasını tələb etmişəm. Biz burada o rəyləri, paylaşımları oxuyub dəli oluruq. Deyirik ki, o uşaq sizin üçün rəhmətə getdi, sizin doğmalarınız üçün şəhid oldu. O, İsrailə gedə bilərdi, ancaq getmədi, döyüşdü, şəhid oldu”.

Rantik Aqarunov yəhudi icmasının da bu məsələyə etiraz etməli olduğunu bildirdi:

“Yəhudilərin icması da heç bir şey etmir. Deputat Anatoliy Rafailov da çıxıb bir söz demir. Demir ki, yalan yazırlar. O təhqir paylaşımlarını edənlər, o təhqir rəylərini yazanlar həbs olunmasa, mən Azərbaycana gələndə Albertin məzarını aparacağam”.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilomterdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Bütün Xəbərlər