Psixoloq: “Uşaqlara ailədə bir fərd kimi yanaşmaq vacibdir”

Psixoloq: “Uşaqlara ailədə bir fərd kimi yanaşmaq vacibdir”
28.10.2025 12:32 Cəmiyyət

"Ailələrimizdə yaranan hər hansı neqativ istiqamətə imkan verməməliyik. Çünki ailə cəmiyyətin əsas təməl daşı, ilkin sosial institutudur. Hər bir fərdin şəxsiyyət kimi formalaşması məhz ailədən başlayır".

TodayPress TV xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlimdə çıxış edən Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova bildirib.

Onun sözlərinə görə, uşaqlara ailə daxilində sadəcə “övlad” kimi deyil, bir fərd kimi yanaşmaq vacibdir:

"Onlara fikir bildirmək, öz düşüncələrini ifadə etmək imkanı verməliyik. Bu yanaşma sayəsində uşaq gələcəkdə məktəbdə və ya ictimai həyatda hüquqları pozulduqda, onu düzgün və mədəni formada ifadə edə biləcək. Necə ki, məktəbdə hər bir şagirdin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, eyni prinsip ailədə də keçərlidir. Valideynlər uşaqlarının xarakterini, maraqlarını, duyğularını tanımalı və onlara uyğun münasibət qurmalıdırlar".

Psixoloq qeyd edib ki, ailə quran hər bir insan üçün tövsiyəmiz budur ki, ailə psixologiyası ilə bağlı kitablar oxusun, mövzuya dair ədəbiyyatla tanış olsun.

"Uşaqlarla düzgün davranmaq, onların şəxsiyyət kimi formalaşmasına təsir edən amilləri bilmək çox vacibdir. Bəzən valideynlər övladlarını müəyyən davranış və ya seçimlərə məcbur edirlər. Bu isə uşağın daxili dünyasında narazılıq və psixoloji gərginlik yaradır. Uşağa hörmət etmək, onu dinləmək və istəklərini anlamağa çalışmaq lazımdır. Valideyn uşağının yanında onun üçün dəstək olmalı, “bacarmırsan”, “səndən olmaz” kimi ifadələrdən uzaq durmalıdır".

Kamilə Kazımova son olaraq vurğulayıb ki, uşağa inam və sevgi göstərən ailə, sabahın güclü, özünəinamlı və mənəvi dəyərlərə sahib vətəndaşını formalaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Bütün Xəbərlər