Millət vəkili: “Beton və daş tikililər torpağı yararsız hala salır”

Millət vəkili: “Beton və daş tikililər torpağı yararsız hala salır”
09.12.2025 17:34

Prezidentin imzaladığı yeni Fərman kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşa edilə biləcəyini dəqiq müəyyənləşdirib. Sənədə əsasən, bu torpaqlarda yalnız müvəqqəti və yüngül konstruksiyalı tikililərə icazə verilir. Beton əsaslı tövlə, anbar, ev və digər ağır tikililərin inşası isə qadağan olunub.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev TodayPress TV-yə açıqlamasında bildirib ki, dəyişiklik torpaqların qorunması və gələcəkdə səmərəli istifadəsinin təmin olunması məqsədi daşıyır.

Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların 5 hektardan az olmayaraq 1 faizində müəyyən tikinti və quraşdırma işlərinə icazə verilir. Amma ağır, torpağa zərər verən materiallardan istifadə qadağandır:

"Əgər həmin ərazilərdə beton, daş, dəmir kimi möhkəm materiallardan istifadə olunarsa, torpağın keyfiyyəti itə bilər və gələcəkdə məhsul yetişdirmək mümkün olmaz. Buna görə qərara alınıb ki, burada yalnız yüngül konstruksiyalar qurulsun".

Deputat əlavə edib ki, bu tikililər həm müvəqqəti, həm də daimi ola bilər, lakin sadə olmalıdır. Çünki bir çox hallarda insanlar mövsümi işlərlə bağlı 5-6 ay həmin ərazilərdə fəaliyyət göstərir:

"Belə olan halda 5-6 aylıq mövsüm üçün orada beton və ya daşdan böyük tikili inşa etmək düzgün deyil. Çıxıb gedəndən sonra həmin tikili torpağın strukturunu korlayır və uzunmüddətli ziyan vurur. Məhsulun saxlanması üçün anbarlar, mövsümi işçilərin qalması üçün sadə yaşayış tipli tikililər quraşdırıla bilər. İnsanlar orada rahat istirahət edə bilər, məhsulu saxlamaq üçün anbarlar qura bilər, lakin bütün tikintilər sadə və yüngül materiallardan olmalıdır. Fərmanın məqsədi torpaqların səmərəli istifadəsi və onların korlanmasının qarşısının alınmasıdır".

Parlamentari vurğulayıb ki, ictimaiyyətdə müəyyən çaşqınlıq yaranıb və bəzi insanlar bu qərarı “tam tikinti qadağası” kimi qiymətləndirirlər:

"Bəziləri düşünür ki, fərman imzalanıbsa, orada ümumiyyətlə tikinti aparmaq olmaz. Yox, aparıla bilər. Sadəcə, qarşıya qoyulan tələblərə uyğun olmalıdır. Hər hansı tikinti işinə başlamazdan əvvəl müvafiq dövlət qurumlarından rəy alınmalı, tikinti məcəlləsinə tam riayət edilməlidir. Müvafiq orqanların rəyi alındıqdan sonra sahibkarlar orada öz rahatlığı və iş şəraiti üçün lazım olan tikililəri qura bilərlər", - deyə Tahir Rzayev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Bütün Xəbərlər