Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO

Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO
11.12.2025 12:05 Cəmiyyət

Bir qrup valideyn yenidən bir müddət öncə təmirə bağlandığı iddia olunan Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının önündə toplaşıb. 

TodayPress TV xəbər verir ki, valideynlərin sözlərinə görə, gimnaziyanın şagirdlərinin köçürüldüyü 189-190 saylı məktəblərin yerləşdiyi ərazi uşaqların sərbəst və təhlükəsiz şəkildə məktəbə çatmasına mane olur. Məktəbin yerləşdiyi ərazinin əlverişsiz olması onların övladlarının həyatını təhlükəyə atır.

Övladı gimnaziyanın ikinci sinfində təhsil alan Şahin Əfəndiyev  TodayPress TV-yə danışarkən bildirib ki, artıq üstündən iki il keçsə də, gimnaziya hələ də təmir olunmayıb. 

“Söz vermişdilər ki, təmiri bir ilə bitəcək ancaq sözə əməl olunmayıb. Bizim övladlarımız yollarda qalıb. 189 nömrəli məktəbə yönəldiblər uşaqlarımızı. Mən Yasamalda yaşaya-yaşaya hər gün gedib övladımı İçərişəhərdən götürürəm. Orda da uşaqları yaxşı yerləşdirməyiblər. İkinci sinfin uşağını dördüncü mərtəbəyə qaldırıblar. Heç kim bir söz demir. Çox xahiş edirik bunu həll etsinlər”.

Valideynlər Elm və Təhsil Nazirliyindən gimnaziyanın təmirinin sürətlə bitməsini tələb edirlər. 

Qeyd edək ki, bu ilin əvvəlində Elm və Təhsil Nazirliyindən AMK nəzdində İncəsənət Gimnaziyasının binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərində təkmilləşdirilmə aparıldığı bildirilmişdi.  

Vüsalə Nəciyeva

TodayPress TV

FOTOLAR

Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO — 1
Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO — 2
Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO — 3
Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO — 4
Təmiri dayandırılan gimnaziya ilə bağlı valideynlər yenidən etiraz edir – FOTO — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər