Həyətdə qanunsuz parklanma yeri yaradanlara SƏRT CƏZA: 1500-2000 manat...

Həyətdə qanunsuz parklanma yeri yaradanlara SƏRT CƏZA: 1500-2000 manat...
27.11.2025 17:58

Bakıda bəzi sürücülər yaşadıqları binaların həyətlərində və ya yaxın ərazilərdə avtomobil nömrələrini yerə yazaraq “şəxsi parklanma yeri” yaradırlar. Bu isə qanunvericiliyə görə açıq şəkildə qadağandır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev TodayPress TV-yə bildirib ki, belə hallarla mübarizə məqsədilə 21 iyun 2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinə mühüm dəyişikliklər edilib.

 

Onun sözlərinə görə, bu dəyişikliklər parklanma sahəsindəki hüquqi boşluqları demək olar ki, tam aradan qaldırır:

"Yaşayış zonalarında, həyətlərdə və məhəllə daxilində qanunsuz parklanma yerləri yaratmaq məsuliyyət doğurur və buna görə cərimələr nəzərdə tutulub. Səlahiyyətli olmayan şəxslərin dövlət avtomobil yollarında və yaşayış ərazilərində parklanma yeri təşkil etməsi, parklanma xidməti göstərməsi və ya ödəniş tələb etməsi fiziki şəxslər üçün 100-200 manat, vəzifəli şəxslər üçün 300-500 manat cərimə ilə nəticələnir".

Ekspert əlavə edib ki, xəbərdarlığa və cəriməyə baxmayaraq, şəxs qanunsuz fəaliyyətini davam etdirərsə, 15 günədək azadlığın məhdudlaşdırılması və 1500-2000 manat arasında cərimə tətbiq oluna bilər.

Adil Nəbiyev həm ərazilərin səliqəsi, həm də təhlükəsizliyi baxımından belə hallara qarşı ciddi nəzarətin zəruri olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Bütün Xəbərlər