Deputatlar arasında fikir ayrılığı: Azərbaycanın adı dəyişdirilir?

Deputatlar arasında fikir ayrılığı: Azərbaycanın adı dəyişdirilir?
03.04.2026 13:54

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu təklif edib. Onun fikrincə, dövlətimiz Şimali Azərbaycan adlanmalıdır.

Həmkarının fikirlərinə münasibət bildirən deputat Tahir Rzayev TodayPress TV-yə danışarkən bildirib ki, o, bununla razı deyil.


"Deputat həmkarım Qüdrət Həsənquliyevin təklifinə hörmətlə yanaşıram. Ancaq bildirmək istəyirəm ki, bir Azərbaycan var — Bütöv Azərbaycan. “Şimali” və “Cənubi” Azərbaycan anlayışları yoxdur. Elə bilirəm ki, bu, olmamalıdır da. Çünki biz bütöv bir Azərbaycan uğrunda mübarizə aparırıq və sözsüz ki, bu bütövlüyü parçalamaq bizim gələcəyimiz üçün heç bir fayda verə bilməz".

Parlamentari vurğulayıb ki, belə bölgü anlayışları ölkənin gələcəyi baxımından faydalı deyil və əksinə, bütövlük ideyasına ziddir.

"Ancaq bu, həmkarımın şəxsi fikridir. Hər bir deputat fikir söyləməkdə və təklif verməkdə müstəqildir. Ona görə də yenə vurğulamaq istəyirəm ki, hər bir təklif reallığı, milli dəyərləri və gələcək perspektivləri özündə əks etdirməlidir. Biz bütöv bir Azərbaycan uğrunda çalışmalıyıq və sözsüz ki, bu ideyanın həyata keçirilməsi xalqımızın və dövlətimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir", - deyə Tahir Rzayev fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər