Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi

Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi
14.07.2026 12:54

Bakının tarixi simvollarından biri olan Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən qədim ovdanda (yeraltı su anbarında) aparılan yeni tədqiqatlar orta əsr su təsərrüfatı və memarlığı ilə bağlı mühüm faktları üzə çıxarıb.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin birgə təşəbbüsü çərçivəsində həyata keçirilən araşdırmalar zamanı ovdanın daxili hissəsi ilk dəfə geniş şəkildə öyrənilib.

İnstitutun Xəzər arxeologiyası şöbəsinin sualtı dalğıc qrupu professor Abbas Seyidovun rəhbərliyi ilə ovdanda sualtı baxış keçirib, foto və video çəkilişlər aparıb, obyektin texniki vəziyyətini qiymətləndirib.

Araşdırmalar nəticəsində məlum olub ki, təxminən 600 il yaşı olan ovdan giriş hissəsi ilə birlikdə 30–35 kvadratmetr sahəni əhatə edir və hazırda təxminən 3 metr hündürlüyündə su ilə doludur. Suyun temperaturu 19 dərəcə ölçülüb.

Mütəxəssislərin müşahidələrinə görə, ovdandakı su kimyəvi baxımdan təmiz, qoxusuz və içməyə yararlıdır. Eyni zamanda, suyun bu gün də təbii şəkildə yeniləndiyi ehtimal edilir.

Tarixi mənbələrə görə, XIV əsrin sonu – XV əsrdə Şirvanşahlar Dərbəndilər sülaləsinin hakimiyyəti dövründə Bakıda genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilib. Həmin dövrdə müdafiə istehkamları gücləndirilib, məscidlər, karvansaraylar, hamamlar, ovdanlar tikilib, şəhərin su təchizatını təmin edən su kəmərləri çəkilib.

Bu sistemin mühüm hissələrindən biri olan Şah su kəməri Çəmbərəkənd su mənbəyindən İçərişəhərə qədər uzanaraq şəhərin su təminatında əsas rol oynayıb.

Tədqiqat zamanı ovdanın yalnız əsas hissəsi deyil, indiyədək məlum olmayan bəzi memarlıq elementləri də aşkarlanıb. Belə ki, əlavə giriş hissəsinin, həmçinin tavan tağında yerləşən və vaxtilə havalandırma, eləcə də işıqlandırma funksiyasını yerinə yetirdiyi ehtimal olunan iki hava kamerasının mövcudluğu müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, ovdanın divarları əsrlər boyu suyun təsiri nəticəsində minerallarla örtülüb və bu da onun uzun müddət fasiləsiz istifadə olunduğunu göstərən əlamətlərdən biridir.

AMEA Arxeologiya və Antropologiya İnstitutundan bildirilib ki, qədim ovdanda gələcəkdə daha geniş arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

Alimlərin fikrincə, bu araşdırmalar Bakının orta əsrlərə aid su təchizatı sistemi, şəhərsalma tarixi və memarlıq irsinin daha dərindən öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

TodayPress TV

FOTOLAR

Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi — 1
Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi — 2
XƏBƏR LENTİ
14 IYUL 2026
Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Bütün Xəbərlər